Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-409/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, ünvan 1, VÖEN ********** Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 211.3-cü maddəsi ilə tərtib edilmiş 19.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 19.02.2022-ci il tarixdə, saat 15:32-də Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada işçi X1-gigiyena qaydalarına əməl etməyərək, tibbi maskadan istifadə etməməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, onun iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X5 oğlu izahatında bildirmişdir ki, protokolda faktın foto şəkillər ilə təsdiq edildiyi qeyd edilsə də, iş materiallarına əlavə olunmuş foto şəklin hansı mağazada çəkildiyi məlum olmadığı kimi, foto şəklin üzərindəki tarixin protokolun tarixi ilə üst-üstə düşmədiyi görünür. Odur ki, həmin şəklin hansı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardır. Digər bir məqam ondan ibarətdir ki, DVX BKSİBİ əməkdaşları tərəfindən tərtib edilən aktda MMC-nin rəhbərinə telefon vasitəsilə məlumat verildiyi, aşkar edilmiş pozuntuların vergi ödəyicisinin iştirakı olmadan rəsmiləşdirildiyi, lakin vergi ödəyicisinin obyektdə olmaması səbəbindən tərtib edilmiş protokolla tanış olması, imzalaması və nüsxəsini almasının mümkün olmaması halları qeyd edilmişdir. Halbuki, DVX BKSİBİ əməkdaşlan tərəfindən əvvəla MMC-nin rəhbəri ilə əlaqə saxlanılmayıb (saxlanılıbsa, sübut təqdim edilsin), digər tərəfdən mağazada həmin vaxt səlahiyyətli şəxs - mağaza müdiri Vüsal Əliyev olub. Bu halda inzibati xəta haqqında protokol mağazanın fəaliyyətindən birbaşa məsul şəxs olan mağaza müdiri barəsində tərtib edilməli idi. İş materiallarında əlavə olaraq, vəzifəli şəxsin (mağaza müdirinin) izahatı və ya vəzifəli şəxs olmadıqda, protokolda bu barədə qeyd edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası olmalı idi. Hər kəsə aydındır ki, hətta ona məlumat verilsəydi belə, MMC-nin qanuni təmsilçisi olan baş direktoru şirkətin baş ofisində əyləşir və mağazalarda hər hansı qayda pozuntusu olduğu təqdirdə izahat vermək üçün hadisə yerinə özünü dərhal yetirə bilməz. Belə hallarda dövlət orqanının əməkdaşları mağazada vəzifəli şəxs olan mağaza müdirinin izahatını almalı idi. Tərtib olunan aktın mətnindən də aydın olur ki, birtərəfli və formal məqsədlə tərtib olunmuşdur. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Bu da o deməkdir ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdəki məlumatlar qeyridəqiq, natamam, şablon formalı sözlərlə əhatə olunmuşdur. Bu da həmin sənədlərin doğruluğunu şübhə altına alaraq, iş üzrə mötəbər sübut kimi qiymətləndirməsinə imkan vermir. Dövlət Vergi Xidməti BKSİBİ tərəfindən İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanın ünvan 2 ünvanında yerləşən Şəxs mağazasında təkrar törədilməsi faktı kifayət qədər araşdırılmamış, üstəlik Protokolda İXM 211.3-cü maddəsinə istinad edilməsi də əsaslandırılmamışdır. Belə ki, inzibati Protokolun “Müəyyən edildi” hissəsində İXM-nin 211.2-ci maddəsinin dispozisiyası qeyd edilmiş, lakin 211.3-cü maddəyə istinad edilmişdir. Habelə, tərtib olunmuş aktda da İXM 211.3-cü maddəsində göstərilən xətanın törədilməsinə dair heç bir qeyd yazılmamış, əksinə, İXM- nin 211.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi təsvir olunmuşdur. Bundan əlavə, İnzibati protokola diqqət yetirsək, “Müəyyən edildi” bölməsində İXM-nin 211.2-ci maddəsinin dispozisiyasınm qeyd edildiyi, lakin aşağıda 211.3-cü maddənin yazıldığını görə bilərik. Lakin iş materiallarında heç bir yerdə niyə məhz İXM 211.3-cü maddəsinə istinad olunduğunu əsaslandırılmır. İş materiallarına nəzər yetirsək görərik ki, sözügedən Şəxs mağazasının yerləşdiyi obyektin ayrılıqda kodu (10012), adı, ünvanı mövcuddur. Halbuki iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı 01.02.2021-ci il tarixli Qərarında Şəxs MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən mağazada müştərilər tərəfindən sanitar-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək tibbi maskadan istifadə edilməməsindən söhbət gedirdi. İnzibati xətanın eyni obyektdə təkrarən törədilməsi faktı təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən, DVX BKSİBİ-nin vəzifəli şəxsinin Protokolu İXM-nin 211.3-cü maddəsi ilə tərtib etməsi əsassız və qanunaziddir. Bundan əlavə, Dövlət Vergi Xidməti BKSİBİ iş materiallarına əlavə etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı 25.02.2021-ci il tarixli Qərarı ilə dəyişdirilmişdir. Deyilənləri nəzərə alaraq, Şəxs MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19.02.2022-ci il tarixdə, saat 15:32-də Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada işçi X1-gigiyena qaydalarına əməl etməyərək, tibbi maskadan istifadə etməməsi müəyyən edilmişdir. Məhkəmə, tərəfi dinləyərək iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs İXM-in 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati protokolu və ona əlavə olunmuş sənədləri təhlil edərək belə qənaətə gəlir ki, təqdim olunmuş materialda Şəxs MMC-nin bu Məcəllənin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, tibbi maskadan istifadə edilməsi yalnız fotoşəkillərlə təsdiq olunsa da, həmin şəkillərin hansı mağazada çəkildiyi müəyyən olunmur. Həmin fotoşəkil 21.01.2022-ci il tarixdə çəkilmiş, bu isə MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilmə tarixindən, yəni 19.01.2022-ci il tarixindən sonra baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 211.3-cü maddəsi üzrə tərtib olunmuş 19.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata cəmiyyətin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-409/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-409/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver