Məhkəmə qərarları › İş №3(001)-4093/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4093/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4093/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X4 iştirakı ilə xx.xx.1996-cı ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Bakı Polad Tökmə zavodunun yaxınlığında nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 19.11.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ünvanında yerləşən “Polad Tökmə” zavodunun həyətindən 6 metrlik kabel xəttini oğurlaması ilə bağlı barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən 23.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* saylı, 23.11.2021-ci il tarixli qərardadla Binəqədi Rayon Məhkəməsinə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X7 izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan vətəndaş X8 DN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək bildirmişdir ki, 19.11.2021-ci il tarixdə bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şosesi ünvanında yerləşən “Polad Tökmə” zavodunun həyətindən 6 metrlik kabel xətti naməlum şəxs tərəfindən oğurlanmışdır. 22.11.2021-ci il tarixdə əməkdaşlarımız tərəfindən hadisə yerinə baxış keçirilmiş və “Polad Tökmə” zavodunun həyətində adı sonradan məlum olan şəxs Şəxs hadisə yerində yaxalanmış, bölməyə gətirilmiş və barəsində 23.11.2021-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin zərərçəkmiş şəxsin şikayət ərizəsi və 6 metr uzunluğunda olan kəsilmiş kabel xəttinin dəyərinin 60 manat olmasına dair hər hansı bir sənəd iş materiallarına mövcud olmadığından əlavə olunmamışdır. Şəxs oğurluq etməyə cəhd edərkə yaxalandığı üçün qeyd edilən müəssisəyə ziyan vurulmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, “Polad Tökmə” zavodunun həyətinə daxil olmuş, lakin həmin yerdən heç nə apara bilməmişdir. Yerdə kəsilmiş kabel xəttini görmüş, götürərkən mühafizəçilər tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və onu bölməyə gətirmişdirlər. Əməlindən peşman olduğunu bildirərək, kabel xəttini kəsmədiyi və götürmədiyi üçün barəsində inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilməməsini xahiş etmişdir. X1 bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilsə də, sahə inspektorunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarından və iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İXM 227-ci maddəsinin tərkibi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə yerində yaxalansa da, o, oğurluq edərək hadisə yerindən kənarlaşmamış, heç kimə ziyan vurmamışdır. Belə olan halda ortada nə ziyan var, nə də zərərçəkmiş şəxs. O, məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Şəhliyar Hacıyevin 22.11.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X7 tərəfindən tərtib edilmiş AZA 015864 nömrəli ,23.11.2021-ci il tarixli protokoldan görünür ki, X5 22.11.2021-ci il saat 17:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs üzərində tarix qeyd edilməyən izahatında 19.11.2021-ci il tarixdə hadisənin törədildiyi zavoda daxil olaraq 6 metrlik kabel xəttini oğurladığını, 22.11.2021-ci il də isə təkrar həmin zavoda oğurluq məqsədi ilə daxil olduğunu lakin mühafizəçi tərəfindən saxlanıldığını və DİN-i 102 xidmətinə şikayət edildiyini qeyd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Şəxs tərəfindən “PoladTökmə” zavoduna 2 dəfə daxil olunması və 6 metrlik kabel xəttinin oğurlanmsı iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarıa əlavə edilmiş MN ******* saylı protokolda törədildiyi iddia edilən inzibati xətanın yeri qeyd edilsə də, inzibati xətanın vaxtı və mahiyyəti qeyd edilməmişdir. Həmçinin iş materialları araşdırılarkən Şəxs saxladığı və əlavə edilmiş müvafiq sənədlərdə adı qeyd edilən mühafizəçi X6 izahatı alınmamışdır. O cümlədən iş materialları ilə törədildiyi iddia edilən inzibati xəta nəticəsində kimə ziyan vurulduğu və dəymiş ziyanın məbləğinin nəyə əsasən 60 manat hesablandığını müəyyən etmək mümkün deyildir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, tərəflərin məhkəməyə verdiyi izahatları, məhkəməyədək verdiyi yazılı izahatı ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Şəxs etdiyi əməldən səmimi peşmandır lakin inzibati xəta hesab edilən talama əməli onun tərəfindən cəhd edilsə də törədilməsi başa çatdırılmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkbinin yaranması üçün zərərçəkmiş şəxs və dəymiş ziyan müəyyən edilməlidir. Belə ki, İXMnin 39.2ci maddəsi İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödədiyi və zərər çəkmiş şəxslə barışdığı halda inzibati iş üzrə icraata xitam verilməsini nəzərdə tutur. Həmçinin İXM-nin 227-ci maddəsinin dispozisiyasından da göründüyü kimi oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq xırda talama hesab edilir. Oğurlanmış əmlak olmadığı, heç kimə ziyan vurulmadığı və törədilmiş əməl nəticəsində dəymiş ziyan mövcud olmadığından İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkibi yaranmır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar