Məhkəmə qərarları › İş №3(001)-4097/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4097/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4097/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi X2 iclas katibliyi, Şikayətçi Nəzərova Könül Aydın qızının vəkili X1 iştirakı ilə Şikayətçi Nəzərova Könül Aydın qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli protokol və xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayətçi Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli protokol və xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Nəzərova Könül Aydın qızının vəkili X3 şikayətdə göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli protokol və xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş materialları baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarına əsasən məlum olur ki, Nəzərova Könül Aydın qızı İXM-nin 211.1-ci maddəsinə əsasən 3000 manat cərimə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi barədə məlumatlara əsasən məlum olur ki, şikayətçi Nəzərova Könül Aydın qızı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ev 247 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad qəbul edilir. Məhkəmə şikayətçinin vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayətçi Nəzərova Könül Aydın qızı Bakı şəhəri Nizami rayonun inzibati ərazisində yaşadığından İXM-nin 129.1-ci maddəsinin tələbinə əsasən şikayətçi Nəzərova Könül Aydın qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli protokol və xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 110, 112.4 və 114-cü və 129.1.3-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayətçi Nəzərova Könül Aydın qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli protokol və xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar