Məhkəmə qərarları › İş №3(001)-4102/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4102/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4102/2020 16.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin sahə inspektoru, polis leytenantı X13, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5-ci inzibati binada qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis leytenantı X23 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati ərazisində xidmət aparakən bir nəfər şəxsin gəzdiyini görüb ona yaxınlaşaraq özünü tədqim etdikdən sonra həmin şəxsə komendant saatının tələblərini pozduğunu bildirmiş və bölməyə dəvət etmişdir. Bölmədə həmin şəxsin xx.xx.1978-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bölmədə Şəxs izahatı alınmış, izahatı alınan zaman müxtəlif vaxtlarda xırda oğurluqlar etdiyini bildirmişdir. Belə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 56 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 67 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18-də yerləşən fərdi yaşayış evindən su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 25, ev 167 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evindən su qızdırıcı cihazını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 18, ev 59 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 56 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 4 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 2 ünvanından bir ədəd su qızdırıcısını və bir ədəd su nasosunu oğurlamışdır. Hər doqquz fakt üzrə inzibati xəta tərkibinin əlamətləri olduğundan toplanmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qeyd edilən əməlləri törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə müvafiq araşdırmanın aparılması üçün ona təqdim edilmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmədiyi üçün dolanmaq məqsədi ilə xırda oğurluqlar törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 56 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 67 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18-də yerləşən fərdi yaşayış evindən su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 25, ev 167 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evindən su qızdırıcı cihazını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 18, ev 59 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 56 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, mədən 1, korpus 18, ev 4 ünvanından su sayğacını, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 2 ünvanından bir ədəd su qızdırıcısını və bir ədəd su nasosunu oğurlamışdır. O, oğurladığı əşyaları sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmədən səmimi peşmançılığını nəzərə barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxslərə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşmandır. Ona görə də, Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, mədən 1, korpus 18, ev 56 ünvanında yaşayan X10 məxsus su sayğacının oğurlanması nəticəsində ona 88,58 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, mədən 1, korpus 18, ev 67 ünvanında yaşayan X4 məxsus su sayğacının oğurlanması nəticəsində ona 88,58 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, mədən 1, korpus 18-də yerləşən fərdi yaşayış evində yaşayan X5 məxsus su sayğacının oğurlanması nəticəsində ona 88,58 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X11 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 18, ev 167 ünvanında yaşayan X14 məxsus su sayğacının oğurlanması nəticəsində ona 80 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X15 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9-da yerləşən fərdi yaşayış evində yaşayan X18 məxsus su qızdırıcı cihazının oğurlanması nəticəsində ona 50 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X16 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 18, ev 59 ünvanında yaşayan X19 məxsus su sayğacının oğurlanması nəticəsində ona 80 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, mədən 1, korpus 18, ev 56 ünvanında yaşayan X17 məxsus su sayğacının oğurlanması nəticəsində ona 88,58 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, mədən 1, korpus 18, ev 4 ünvanında yaşayan X9 məxsus su sayğacının oğurlanması nəticəsində ona 88,58 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X20 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 2 ünvanında yaşayan X21 məxsus bir ədəd su qızdırıcısının və su nasosunun oğurlanması nəticəsində ona 90 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli, AZA 007480 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:10-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X10 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X4 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X5 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X14 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X18 məxsus su qızdırıcısının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X19 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X17 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X9 məxsus su sayğacının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X21 məxsus su qızdırıcısının oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Beləliklə, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 23:10-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 23:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının DİN-nin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar