Məhkəmə qərarları › İş №3(001)-4110/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4110/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4110/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X3 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP6580767 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Baş X10 İdarəsinin Ekologiya Yol patrul xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə “Lexus ES 300 Hibrid” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dayısı oğlu ilə birgə kənar dairəvi yol ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşı onlara “saxla” əmri vermişdir. Bildirir ki, dayısı oğlu Sarvan Məmmədli sözügedən nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir, o isə sərnişin qismində maşının ön oturacağında əyləşmişdir. Yol polisi əməkdaşından onları saxlamağının səbəbini soruşduqda o, avtomobili idarə etmək üçün etibarnamənin olub-olmamasını, yalnız Elgün adlı şəxsə verilmiş etibarnamənin sistemdən göründüyünü bildirmişdir. Dayısı oğlu isə cavabında sistemdə bir nəfərə verilmiş etibarnamə görünsə də, maşını idarə etmək üçün etibarnamənin eyni vaxtda bir neçə şəxsə verilə biləcəyini və etibarnaməsinin olduğunu bildirərək, əsl saxlama səbəbini deməsini tələb etmişdir. Bu zaman deyəcək heç bir əsası olmayan yol polisi əməkdaşı onu göstərərək təhlükəsizlik kəməri taxmamağını əsas gətirməklə, guya, saxlama səbəbinin o olduğunu bildirmişdir. O, həmin vaxt maşın park olunmuş və hərəkətsiz vəziyyətdə olduğu üçün haqlı olaraq taxdığı təhlükəsizlik kəmərini açmışdır. Həmçinin, yol polis əməkdaşının saxlama səbəbi onun kəmər taxmamağı idisə niyə maşını saxladıqda ilkin olaraq bunu bildirməmiş, sonradan deyəcək heç bir əsas tapmadıqda hərəkətsiz vəziyyətdə olan maşında kəmər taxmamağını əsas gətirməklə barəsində İXM-in 338.3-cü maddəsi ilə 30 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. O, maşın hərəkətdə olarkən də təhlükəsizlik kəməri taxdığını bildirib, yol polisi inspektorundan video-görüntü təqdim etməyini tələb etdikdə o, video görüntü təqdim etməkdən imtina etmiş, şikayət verilməsi üçün inzibati xəta haqqında protokolu qərarsız yazacağını bildirmişdir. Lakin, sonradan portala baxış keçirdikdə protokolun statusunun “qərarlı” olduğu tərəfindən müəyyən edilmişdir. Qeyd edir ki, yol patrul xidməti inspektoru, polis baş serjantı X6 əsassız olaraq ondan avtomobildən düşməyini tələb etmiş, ona fiziki güc tətbiq etmək istəmiş, daha sonra digər polis əməkdaşlarına qaz balonunu gətirmələrini bildirmişdir. Göründüyü kimi əsassız yerə avtomobili saxladıb cərimə yazmağı ilə yanaşı, heç bir əsas olmadan onları İXM-in 535.1-ci maddəsi ilə (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) rəsmiləşdirəcəyinə dair hədələmişdir. Təbii ki, heç bir əsası olmadığına görə bunları edə bilməmiş, lakin barəsində əsasız olaraq inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli elektron qərar qəbul etmişdir. Bu səbəbdən, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X2 və inzibati tənbeh vermə haqqında qərarı çıxarmış AR DİN-in Baş X10 İdarəsinin Ekologiya Yol patrul xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə X3 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Baş X10 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, şikayətçi X5 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 manat məbləğində cərimə edilmişdir. Məhkəmə AR DİN-in Baş X10 İdarəsinin Ekologiya Yol Patrul Xidməti tərəfindən təqdim olunmuş video görüntünü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlər və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş video-görüntüdən görünür ki, yol polisi əməkdaşı dayanmış vəziyyətdə olan avtomobilə yaxınlaşan zaman X5 təhlükəsizlik kəməri taxmamışdır. Təqdim olunmuş video-görüntüyə baxış zamanı sərnişin oturacağında əyləşmiş X3 avtomobil hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadədə etməməsi müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə-otuz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntüdə X1 avtomobil hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi müəyyən edilməmişdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar