Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4114/2023 16.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis əməkdaşı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərnişin kimi əyləşdiyi “Daevvo” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yol hərəkət qaydalarını pozduğundan 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.Sürücü tərəfindən yol hərəkəti qaydaları kobud şəkildə pozulduğundan avtomobilin avto dayanacağa yerləşdiriləcəyi bildirilmiş, bu zaman avtomobildə sərnişin kimi əyləşmiş Şəxs polis əməkdaşının işinə müdaxilə etmiş, onlara maneə olmağa çalışmış, ona dəfələrlə polis əməkdaşının qanuni tələblərinə tabe olması bildirilsə də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis əməkdaşı X6 oğlu tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərnişin kimi əyləşdiyi “Daevvo” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yol hərəkət qaydalarını pozduğundan 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.Sürücü tərəfindən yol hərəkəti qaydaları kobud şəkildə pozulduğundan avtomobilin avto dayanacağa yerləşdiriləcəyi bildirilmiş, bu zaman avtomobildə sərnişin kimi əyləşmiş Şəxs polis əməkdaşının işinə müdaxilə etmiş, onlara maneə olmağa çalışmış, ona dəfələrlə polis əməkdaşının qanuni tələblərinə tabe olması bildirilsə də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır.Buna görə də o, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon ərazisində taksiyə əyləşmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində əyləşdiyi taksini DYPŞ-nin əməkdaşları saxlamış, maşının dayacağa aparılacağı bildirilmişdir. Onun telefonu söndüyündən təkrar taksi sifariş edə bilmədiyi üçün polis əməkdaşlarından ona taksi sifariş edilməsini xahiş etmiş, polis əməkdaşları isə onu polis bölməsinə aparmaqla hədələmişdirlər. Daha sonra, əraziyə Post Patrul Xidmətinin maşını gəlmiş və o, Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nə aparılmışdır. Belə ki, barəsində tərtib olunmuş protokolun əsassız olduğunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta olmadığını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 oktyabr 2023-cü il, saat 02:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə maşında sərnişin kimi əyləşmiş Şəxs polis əməkdaşının işinə müdaxilə etmiş, ona dəfələrlə polis əməkdaşının qanuni tələblərinə tabe olması bildirilsə də, o polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs sərnişin kimi əyləşdiyi “Daevvo” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yol hərəkət qaydalarını pozduğundan 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü tərəfindən yol hərəkət qaydaları kobud şəkildə pozulduğundan maşının avto dayanacağa yerləşdiriləcəyi bildirilmiş, bu zaman maşında sərnişin kimi əyləşmiş Şəxs polis əməkdaşının işinə müdaxilə etmiş, ona dəfələrlə polis əməkdaşının qanuni tələblərinə tabe olması bildirilsə də, o polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. 3(001)-4114/2023 saylı inzibati işi üzrə müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod- 200156,VÖEN-**********,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.KAİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4114/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4114/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver