Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4119/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 19.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 2286235.00 Rusiya rublu məbləğində vəsaiti bank hesabından 10.09.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 2286235.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 11.09.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs direktoru X2 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən 10.09.2019-cu il tarixdə xaricə köçürülmüş 2286235.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar 2019-cu ilin oktyabr və noyabr aylarında ölkəyə idxal edilmiş və hazırda cəmiyyətin həmin köçürməyə dair heç bir borcu qalmamışdır. 10.09.2019-cu il tarixdə xaricə köçürülmüş 2286235.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsinə dair gömrük bəyannamələri cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmamasını sübut edir. Ona görə də, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 04.09.2019-cu il tarixli “Köçürmə ərizəsi”ndən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 2286235.00 Rusiya rublu məbləğində pul vəsaiti «OOO BMK» («OOO VOLQO METALLO KOMPLEKS») şirkətinin hesabına köçürülmüşdür. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 14.10.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 2286235.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin cəmiyyət tərəfindən 720 gün müddət tamam olmasına baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarılmamışdır. 31.10.2019-cu il tarixli, **********9960 sorğu nömrəli Gömrük bəyannaməsindən və həmin gömrük bəyannaməsinin portal çıxarından görünür ki, 10.09.2019-cu il tarixdə Şəxs tərəfindən «OOO BMK» («OOO VOLQO METALLO KOMPLEKS») şirkətinin hesabına köçürülmüş 2286235.00 Rusiya rublu vəsait hesabına alınan malların 624950.00 Rusiya rublu dəyərində olan hissəsinin köçürülməsinə dair **********9960 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 31.10.2019-cu il tarixdə verilmiş və bununla bağlı LPO "xxxx" ASC tərəfindən müvafiq qeydlər aparılmışdır. 31.10.2019-cu il tarixli, **********9980 sorğu nömrəli Gömrük bəyannaməsindən və həmin gömrük bəyannaməsinin portal çıxarından görünür ki, 10.09.2019-cu il tarixdə Şəxs tərəfindən «OOO BMK» («OOO VOLQO METALLO KOMPLEKS») şirkətinin hesabına köçürülmüş 2286235.00 Rusiya rublu vəsait hesabına alınan malların 627105.00 Rusiya rublu dəyərində olan hissəsinin köçürülməsinə dair **********9980 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 31.10.2019-cu il tarixdə verilmiş və bununla bağlı LPO "xxxx" ASC tərəfindən müvafiq qeydlər aparılmışdır. 12.11.2019-cu il tarixli, **********1978 sorğu nömrəli Gömrük bəyannaməsindən və həmin gömrük bəyannaməsinin portal çıxarından görünür ki, 10.09.2019-cu il tarixdə Şəxs tərəfindən «OOO BMK» («OOO VOLQO METALLO KOMPLEKS») şirkətinin hesabına köçürülmüş 2286235.00 Rusiya rublu vəsait hesabına alınan malların 645638.00 Rusiya rublu dəyərində olan hissəsinin köçürülməsinə dair **********1978 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 12.11.2019-cu il tarixdə verilmiş və bununla bağlı LPO "xxxx" ASC tərəfindən müvafiq qeydlər aparılmışdır. 27.11.2019-cu il tarixli, **********3059 sorğu nömrəli Gömrük bəyannaməsindən və həmin gömrük bəyannaməsinin portal çıxarından görünür ki, 10.09.2019-cu il tarixində Şəxs tərəfindən «OOO BMK» («OOO VOLQO METALLO KOMPLEKS») şirkətinin hesabına köçürülmüş 2286235.00 Rusiya rublu vəsait hesabına alınan malların 388542.00 Rusiya rublu dəyərində olan hissəsinin köçürülməsinə dair **********3059 sorğu nömrəli Gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün 27.11.2019-cu il tarixdə verilmiş və bununla bağlı LPO "xxxx" ASC tərəfindən müvafiq qeydlər aparılmışdır. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-dən köçürülmüş 2286235.00 Rusiya rublu məbləğində olan vəsait hesabına alınan malları hissə-hissə, yəni 31.10.2019-cu il tarixdə 624950.00 Rusiya rublu və 627105.00 Rusiya rublu dəyərində, 12.11.2019-cu il tarixdə 645638.00 Rusiya rublu dəyərində və 27.11.2019-cu il tarixdə 388542.00 Rusiya rublu dəyərində olan malları tam şəkildə ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərmişdir. Göründüyü kimi, Şəxs tərəfindən 10.09.2019-cu il tarixdə "xxxx" ASC hesabına ölkə xaricinə köçürdüyü 2286235.00 Rusiya rublu məbləğində vəsait hesabına olan malları hissə-hissə (624950.00 + 627105.00 + 645638.00 + 388542.00 = 2286235.00 Rusiya rublu) olaraq 27.11.2019-cu il tarixdə ölkəyə idxal etmiş və bu barədə bank tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 19.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar 31.10.2019-cu il tarixli, **********9960 sorğu nömrəli, 31.10.2019-cu il tarixli, **********9980 sorğu nömrəli, 12.11.2019-cu il tarixli, **********1978 sorğu nömrəli və 27.11.2019-cu il tarixli, **********3059 sorğu nömrəli Gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 19.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 19.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4119/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4119/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver