Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-413/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2684/2020 nömrəli qərarı ilə Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2684/2020 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında iş materialı xx.xx.2020-ci il tarixdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2054/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 2684/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxsnə və Bakı şəhər Səbail rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli, 19-AİS-008 nömrəli Şəxs ilə «8 saylı X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Şəxsn mülkiyyətində olan “Mitsubishi L200 minik” markalı **- AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və digər nəqliyyat vasitələri «8 saylı X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 2.17-ci bəndinə əsasən icarəçi sərəncamında olan müddətdə sürücü və operatorlar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində məsuliyyəti və tərtib olunmuş inzibati xəta haqqında protokolla müəyyən edilmiş cərimələri yeddi gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli, 19-AİS-008 nömrəli icarə müqaviləsi və icarə müqaviləsinə əsasən icarəçiyə verilmiş nəqliyyat vasitələrinin siyahısı qeydiyyata alınması üçün Şəxs xx xxxxxx 2019-cu il tarixli 273 saylı məktubu ilə rəsmi qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 rəisinə göndərilmiş və həmin sənədlər xx xxxxxx 2019cu il tarixdə A.Hüseynov tərəfindən qəbul edilmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 19- AİS-008 nömrəli Şəxs ilə «8 saylı X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsinə əsasən Şəxsn mülkiyyətində olan “Mitsubishi L200 minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və digər nəqliyyat vasitələri «8 saylı X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 məlumat verilmişdir. Göründüyü kimi, Şəxs ilə «8 saylı X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsinə əsasən mülkiyyətində olan “Mitsubishi L200 minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «8 saylı X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verildiyindən hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmir. Çünki qeyd olunan avtomobil cəmiyyətin mülkiyyətində olsa belə, həmin avtomobili icarəyə verdiyindən sürücü barədə məlumatı verməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-413/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-413/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver