Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4131/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 22.50 radələrində “Nissan Latio” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən ** YP *** nömrə nişanlı dövlət qeydiyyatlı yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmiş, avtomobilinə baxış keçirildikdən sonra ön hissəyə quraşdırdığı lupalı led lampaların qeyri-qanuni olduğu və bununla bağlı konstitusiyada dəyişiklik olduğu bildirilmişdir. Lakin məlum olduğu kimi, lupalı led lampaların quraşdırılması haqqında qadağa mövcud deyil. Buna görə də, o, saxlanılma səbəbi barəsində protokol tərtib olunmasını istəmişdir. Amma DYPİ əməkdaşı bundan imtina edərək, vəzifə səlahiyyətindən sui-istifadə edib onunla sərt danışmış və post patrul xidmətini çağırmışdır. Bununla bağlı o, 102 və 902 nömrəli qaynar xəttinə məlumat vermişdir. Yenidən yol polisi əməkdaşından protokol tərtib etməsini istəmişdir. Lakin əməkdaş ona “Mən protokolu vermirəm, Bakı şəhər DYP İdarəsinə get, ordan protokulu verəcəklər” demişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri DYP İdarəsinə gedib 28 nömrəli otağa yaxınlaşmışdır. Orada şikayət ilə bağlı məlumat vermiş və bildirmişdir ki, bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Bundan sonnra qanunsuz olaraq ona 150 manat məbləğində cərimə tətbiq olunmuşdur. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 bildirmişdir k, o, həmin avtomobili alan zaman həmin led lampalar avtomobilin üzərində var idi. Buna görə də o, ərizədə göstərilən xüsusatları təsdiq edir, Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər X9 İdarəsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayəti dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. İnzibati xəta törədilən zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 342.2 -ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; 342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. Belə ki, Yol hərəkəti haqqında Qanunun 2-1-ci bəndinə görə yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s). İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi X4 tərəfindən inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. Şikayətçi məhkəməyə verdiyi izahatında da etiraf etmişdir ki, həqiqətən idarə etdiyi avtomobilində lupalı led lampaları mövcuddur. Məhkəmə hesab edir ki, həmin lupalı led lampaların avtomobili alarkən üzərində olması şikayətçini inzibati məsuliyyətdən azad etmir, belə ki, şikayətçi ya həmin lupalı led lampaları avtomobilin üzərində zavod istehsalı olmasını, ya da həmin led lampaların avtomobildə quraşdırılmasına qanunla yol verilməsini sübut etməli idi. Belə ki, inzibati xəta törədilən zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 342.2.2 -ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4131/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4131/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver