Məhkəmə qərarları › İş №3(001)-4134/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4134/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4134/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Altay diyarı, Barnaul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Aşağı Qaramanlı Ə/D, Qədimkənd kəndində qeydiyyatda olmaqla, deməsinə görə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 23:55-də Binəqədi rayonu, A.Kunanbayev küçəsində YHQ pozduğuna görə “Runna” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılan zaman sürücü Şəxs sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinədən keçməkdən imtina etmiş, bundan başqa polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis mayoru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X4 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:55-də Binəqədi rayonu, A.Kunanbayev küçəsində YHQ pozduğuna görə “Runna” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılan zaman sürücü Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Belə ki, vətəndaş sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinədən keçməkdən imtina edərək, polis əməkdaşının ünvanına təhqiredici ifadələr işlətmişdir. Polis əməkdaşı dəfələrlə vətəndaşı sakitləşdirməyə çalışsa da vətəndaş sakitləşməmiş əksinə daha da aqressiv reaskiya göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iştirak etdiyi toy məclisində alkoqol qəbul etmişdi. Məclis bitdikdən sonra restorandan çıxıb, nəqliyyat vastəsi ilə evə getmək istəyərkən polis əməkdaşı tərəfindən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyənləşdirilməsi üçün tibbi müayinədən keçməsi tələb olunmuşdur. O isə bununla razılaşmamış, mübahisə etmiş və tabesizlik göstərmişdir. İçkili (sərxoş) olduğuna görə polis əməkdaşının ünvanına xoşagəlməz sözlər də demişdir. İndi isə bu hərəkətlərindən çox peşmandır, sərxoş olduğuna görə özünü cilovlaya bilməmiş, səhv etmişdir. Əməlindən çox peşman olduğunun, ailəsinin yeganə qazanc gətirəni olduğunun və dəri xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 Alayının 2-ci PB-nin polis nəfəri, polis serjantı X1 və X5 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 23:55 radələrində inzibati ərazidə xidmətdə olarkən Dərnəgül metrosu ətrafında bir nəfər sürücünün yüksək surətlə hərəkət etdiyini görmüşlər və orada yerləşən “Versal” şadlıq sarayının qarşısında toydan çıxan vətəndaşlar onları saxlayaraq **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək surətlə hərəkət etdiyini və üzərlərinə sürdüyünü şikayət formasında bildirmişlər. Onlar həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq həmin vətəndaşa nəqliyyat vasitəsini niyə belə idarə etməsi ilə bağlı sual verdikdə həmin vətəndaş onlara anqlaqsız cavablar vermişdir. Həmin zaman vətəndaşdan spirtli içki qoxusu gəldiyini hiss etdilər və aidiyyəti üzrə YPX dəvət etdilər. YPX əməkdaşı yaxınlaşdı, lakin vətəndaş polis əməkdaşına əl qol hərəkətləri ataraq söyüş söydü, polisin xidməti vəzifələrini yerinə yetirməsinə şarait yaratmayaraq tabesizlik göstərdi. Polis bölməsinə gətirildikdən sonra şəxsiyyəti müəyyən edildi. Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru polis baş leytenantı İlkin Vəliyev tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 00:01 radələrində xidmət apardığı ərazidə ÇPA-nın əməkdaşları 2421 çağırışla “Runna” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksək surətlə hərəkət edib digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratdığı və dinc əhalinin dincliyini pozduğu üçün saxlayıb efir vasitəsilə ona məlumat verdilər. O, dərhal həmin yerə yaxınlaşıb sürücüyə özünü təqdim etmiş, sürücüdən sənədlərini tələb etmişdir. Sürücüyə qayda pozuntularını izah edərkən, sürücüdən kəskin spirtli içki qoxusu gəlmişdir. O, sürücünü həkim müayinəsinə dəvət etdikdə, sürücü uca səslə qışqıraraq polisin şərəf və ləyaqətini alçaldan küçə söyüşləri söyüb tabesizlik göstərmişdir. Bundan sonra şəxs polis bölməsinə aparılmış, nəqliyyat vasitəsi isə duracağa yerləşdirilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022285 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:10-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5-ci PB-nin rəisinə yazdığı izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə “Runna” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşı ona yaxınlaşın spirtli içki qəbul etdiyini bildirmiş, tibbi müayinədən keçməsini tələb etmişdir. O, bundan imtina etmiş və polis əməkdaşı ilə mübahisə etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 343.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində Şəxs təqsirliliyi özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, xx.xx.2025-ci il tarixli Raportlar və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci və 535.1-ci maddələri ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbehi yuxarı həddə təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:10-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar