Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4135/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis mayoru X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ yol patrul xidməti baş inspektor, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bağbanlar Ə/D, Bağbanlar kəndində qeydiyyatda olmaqla, deməsinə görə Abşeron rayonu, Goradil kəndi, P.Həşimov küçəsi, Nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1 (511.1.3) və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşdığına görə “Tofaş” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində hərəkətdə olarkən Binəqədi qəsəbəsində saxlanılan zaman polisə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis mayoru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X4 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs sosial şəbəkələrdə avtoxuliqanlıq hərəkətləri edib paylaşmışdır. xx.xx.2025-ci il tarixdə həmin şəxs “Tofaş” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ona polis əməkdaşı İlkin Vəliyev tərəfindən saxla işarəsi verilmiş, polis əməkdaşı özünü təqdim etdikdən sonra avtoxuliqanlıq hərəkətləri etdiyi paylaşımı şəxsin özünə göstərərkən şəxs polisə tabesizlik göstərmişdir. Bundan sonra avtomobil müvvəqəti duracağa yerləşdirilmiş, şəxsin özü isə bölməyə gətirilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ yol patrul xidməti baş inspektor, polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs sosial şəbəkələrdə avtoxuliqanlıq hərəkətləri edib paylaşmışdır. xx.xx.2025-ci il tarixdə də sosial şəbəkədə yayılmış videogörüntüdəki “Tofaş” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görüb, saxla işarəsi vermişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim edib, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntüsünü özünə göstərən zaman sürücü Şəxs onun qanuni tələblərinə etiraz etmiş və tabesizlik göstərməyə başlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, istirahət edtikləri dəniz qırağında “Tofaş” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir qədər məsuliyyətsiz davranmış, həmin avtomobili bir neçə dəfə dairəvi formada sürərək manevrlər etmişdir. Bu hərəkət ətrafdakı insanlar üçün narahatlıq yaratmış ola bilər. Lakin həmin anda təhlükə yaratmaq və ya kiməsə zərər vurmaq niyyəti olmamışdır. Hazırda başa düşür ki, etdiyi hərəkət düzgün və qanuni olmamışdır. Həmin hərəkətləri əks etdirən videogörüntünü isə “whatsapp” sosial şəbəkəsində özü paylaşmışdır. Polis əməkdaşı tərəfindən saxlanılan zaman da gərgin reaksiya vermiş, etiraz etmiş və tabesizlik göstərmişdir. Əməllərindən çox peşman olduğunun, ailənin yeganə qazanc gətirəni olduğunun və himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Videogörüntüdən görünür ki, “Tofaş” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobil ilə ictimai istirahət zonasına aid olan dənizkənarı ərazidə məqsədyönlü olaraq dairəvi trayektoriya üzrə sürətlə hərəkət etmiş, ətrafda olan insanların təhlükəsizliyini və ərazidəki ictimai asayişi təhlükə altına qoymuşdur. Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis baş leytenantı İlkin Vəliyev tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sosial şəbəkələrdə avtoxuliqanlıq hərəkətləri edib paylaşdığı üçün “Tofaş” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğunu görüb, saxla işarəsi vermişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim edib, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntüsünü özünə göstərən zaman sürücü Şəxs ona qarşı tabesizlik göstərməyə başlamışdır. Bu zaman o, PPX-nin köməyi ilə avtomaşını müvəqqəti duracağa yerləşdirmiş, şəxsin özünü isə patrul maşınına əyləşdirib aidiyyəti üzrə 5-ci PByə gəlməsini təmin etmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022367 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:20-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5-ci PB-nin rəisinə yazdığı izahatından görünür ki, o, polis əməkdaşı tərəfindən saxlanılıb videogörüntüdəki avtoxuliqanlıq hərəkətləri göstərilib, avtomobilin duracağa yerləşdirilməsi bildiriləndə, əsəbləşib etiraz etmiş, daha sonra isə razılaşmışdır. İnzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məumata əsasən Şəxs xx.xx.2022-ci il təvəllüdlü Nur adlı qızı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (511.1.3) və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 511.1-ci (511.1.3) və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində Şəxs təqsirliliyi özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, xx.xx.2025-ci il tarixli Raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (511.1.3) və 535.1-ci maddələri ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşmanlığını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız sürücülük hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbehi təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 (511.1.3) və 535.1-ci maddələri ilə təqsirli bilinib sürücülük hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 21:20-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4135/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4135/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver