Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4136/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Hacıyev Röyal Murtuz Əli oğlunun barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci ildə Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin icraatına Hacıyev Röyal Murtuz Əli oğlunun barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən müəyyən olunur ki, inzibati xəta haqqında qərardan şikayət Hacıyev Röyal Murtuz Əli oğlu tərəfindən verilsə də, onun tərəfindən imzalanmamışdır. Həmin Məcəllənin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hacıyev Röyal Murtuz Əli oğlunun barəsində tərtib olunun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsan aradan qaldırıldıqdan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-4136/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4136/2020
20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver