Məhkəmə qərarları › İş №3(001)-4136/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4136/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4136/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının X2 nümayəndəsi Nəriman Kamallının, şikayətçi X5 iştirakları ilə, X5 Azərbaycan Respublikasının X2 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikasının X2 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 may 2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayonu ərazisində icarə əsasında qohumları tərəfindən işlədilən obyektə X1 gəldiklərini qeyd edən şəxslərin yoxlama apardıqları barədə ona məlumat verdikləri üçün həmin əraziyə yaxınlaşıb özünü təqdim etdikdən sonra, məqsədlərinin nə olduğunu, hansı əsasla gəldiklərini və təqdim etməli olduqları sənədləri soruşduqda ağlabatan heç bir cavab verilməmiş və heç bir sənəd göstərilməmişdir. Bundan sonra obyektin saxlanc yerində də eyni vəziyyətlə qarşılaşmış, qapı bağlı olduğundan qapının açılması tələb edilmiş, həmin vaxt qapının açarı işçidə olmuş, həmin işçi isə hadisə yerində olmadığı üçün qapı qanunsuz olaraq məcburi qırılmış və içəri daxil olaraq 90 kq-a yaxın ət məhsulları tamamilə götürülmüşdür. Bu zaman saxlanc yerində olan 3 ədəd soyuducunun ikisi elektrikdən ayrılmışdır, hansı ki içərisində ət saxlanılırdı, içərisində tərəvəz məhsulları olan 1 ədəd soyuducunu isə elektrikdən ayrılmaması üçün ona ərizə yazması gərəkdiyini bildirdilər və həmin ərizəni yazaraq qeyd olunan soyuducunun elektrikə bağlı qaldığını təsdiq etmişdir sadəcə. Bu zaman şəxsiyyət vəsiqəsinin şəklini çəkmişlər və bundan istifadə edib həmin saxlanc yeriylə bağlı ona əsassız və qanunsuz olaraq protokol tərtib etmişlər. Qərarın qanunsuz tərtibiylə əlaqədar digər məsələlərə toxunmadan bildirir ki, həmin obyektlə hüquqi və faktiki olaraq heçbir bağlantısı yoxdur sadəcə hüquqşünas olduğu üçün oraya çağrılmışdır təəssüf ki, X2 əməkdaşlarının qanunsuz əməllərinin şahidi olmuşdur və bu azmış kimi onun barəsində də qanunsuz qərər qəbul edilmişdir. Poçt vasitəsi ilə ünvanına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN №1611465, 14 iyun 2024-cü tarixli qərarı 25 iyun 2024-cü il tarixində fəaliyyət göstərdiyi vəkil bürosuna daxil olmuş, bu qərarda göstərilir ki, 27 may 2024-cü il tarixində MN ******* seriya nömrəli və 10 iyun 2024-cü il tarixində MN ******* seriya nömrəli protokollar tərtib edilmiş, həmin protokollar əsasında da qərar qəbul edilmişdir. Hansı ki, barəsində tərtib olunan heç bir protokolda tərtib olunan zaman iştirakı təmin edilməmiş, bütün hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra qərarda “müəyyən etdi” hissəsində qeyd olunan halların onunla heçbir əlaqəsi olmadığını qeyd edir. Belə ki, o, vəkil və Publik hüquqi şəxslərdən birində baş hüquqşünas olaraq fəaliyyət göstərir, yəni heçbir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Həmçinin, qərarda qeyd olunan İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsində istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olub, həmin maddədə bildirilir ki, standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Öncə də qeyd etdiyi kimi hər hansı sahibkarlıq fəaliyyəti yoxdur, eyni zamanda iddia olunan pozuntunun aşkar olunduğu ünvan hər hansı istehsalat və ya satış obyekti deyil daha öncə qaynatası olan X4 icarə əsasında işlətdiyi, rəhmətə getdikdən sonra qardaşı X3 icarə əsasında işlətməyə davam etdiyi obyektin içərisində soyuducular olan saxlanc yeridir. Yəni həmin obyektdə bilavasitə hər hansı bir istehsalat və ya xidmət göstərilmir. Eyni zamanda da onu da qeyd edir ki, heçbir istehlakçının hüquqları da pozulmamışdır. Yoxlama aparılan zaman da hər hansı hüquqi əsas olacaq sənədlə ya obyektin sahibi, ya icarə əsasında obyekti işlədən qohumları tanış edilməmişdir. Ümumiyyətlə bu hal özlüyündə bir daha təsdiq edir ki, X2 Bakı Regional Bölməsinin əməkdaşları qanunvericiliyin tələblərini pozaraq yoxlamanın aparılması qaydası və əsaslarına əməl etməmişlər nəticədə əsassız və qanunsuz olaraq qərar qəbul etmişlər. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN №1611465, 14 iyun 2024-cü il tarixli qərarında konkret olaraq hansı malların istehsalından, satılmasından, işlərin yerinə yetirilməsindən və ya xidmətlərin göstərilməsi zamanı istehlakçıların hansı hüquqlarının pozuntusu görünmür. Eyni zamanda qərarda belə pozuntu halında konkret olaraq hansı standart və normativ sənədlərin tələblərinin pozuntusu da göstərilməmişdir. Qeyd olunan faktlar təsdiq edir ki, adı çəkilən protokol və qərarın yazılması üçün heç bir hüquqi əsas olmamış və Agentlik tərəfindən əsassız və qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayətin dəlilərinə uyğun izahat verərək bildirmidir ki, o ixtisasca hüquqşünasdır, artıq bir neçə ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Sözügedən təsərrüfat obyekti isə ona məxsus deyildir. Həmin təsərrüfat obyekti qaynatasına məxsus olmuş, o vəfat etdikdən sonra isə qaynatasının qardaşı tərəfindən idarə edilmişdir. 24 may 2024-cüil tarixdə həmin təsərrüfat obyektində yoxlama aparılması barədə ona məlumat verilmiş, o da məhz hüquqşünas olduğundan və vəkillik fəaliyyəti ilə məşğul olduğundan aparılan yoxlama ilə bağlı təsərrüfat obyektinə getmişdir. Aparılan yoxlama zamanı o orada olan əməkdaşlara da, həmin təsərrüfat obyektinin ona deyil, qaynatasıgilə məxsus olduğunu bildirsə də, lakin əməkdaşlar göstərilən fakta əhəmiyyət verməmiş, inzibati xəta haqqında protokol onun barəsində qəbul edilmiş və inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Nəsimi rayon polis idarəsində izahat verməsinin səbəbi isə, işçilərin orada saxlanılması olmuşdur. O izahatı 24 maydan 25 maya keçən geə təxminən 00:30 radələrində vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X2 nümayəndəsi Nəriman Kamallı şikayət ərizəsinin dəlillərinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X2 nümayəndəsi Nəriman Kamallı ona verilmiş suallara cavab olaraq, X5 Nəsimi rayon Polis İdarəsində vermiş olduğu izahatı əsasında həmin təsərrüfat obyektinin məhz onun tərəfindən idarə edildiyi barədə məlumatlı olduqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 220.2, 447.0.3, 447.0.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 350 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli qərarından görünür ki, insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən Yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə fiziki şəxs X8 barəsində yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixli qida obyektinə baxışın keçirilməsinə dair aktdan görünür ki, fiziki şəxs X6 məxsus çiy dönər emalı müəssisəsində yoxlama aparılmış və “Qida təhlükəsizliyi haqqında” AR Qanununun və “Qida obyektinə dair gigiyena tələbləri” qaydalarınınn müddəalarının pozulması faktı aşkarlanmışdır. xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli qərarından görünür ki, çiy dönərin mənşəyi məlum olmaması, üzərinə markalanma aparılmaması və marinə edilmiş ətin mənşəyinin məlum olmaması, üzərinə markalanma aparılmaması faktına əsasən məhsulun tədqiqi barədə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli qərarından görünür ki, yoxlamanın dayandırılması barədə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən İXM-nin 220.2, 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli aralıq aktından görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən çiy dönər emalı müəssisəsində aparılan yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, YPK/0030-24/1 qərardan görünür ki, fiziki şəxs X6 məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən müəssisədə aşkar edilmiş müvafiq müşayiətedici sənədlərə malik olmayan, üzərində qida təhlükəsizliyi sahəsində qanununvericiliyin tələblərinə uyğun markalanma aparılmayan müxtəlif növ plastik vedrələrdə qablaşdırılmış ümumi çəkisi 72 kq olan marinə edilmiş ət məhsulu və ümumi çəkisi 8 kq olan çiy dönər məhsulunun satışı dayandırılmışdır. xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli qərardan görünür ki, fiziki şəxs X6 məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən müəssisədə çiy dönər istehsalı və həmin sahədə işlərin görülməsi(xidmətlərin göstərilməsi) dayandırılmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ümumi çəkisi 80 kq olan ət məhsulları məhv edilmişdir. xx.xx.2024-cü il tarixli, 120/0N nömrəli qərardan görünür ki, müəssisədə aparılan yoxlama zamanı nümunəsi götürülmüş və həmin partiyaya məxsus məsul saxlanmaya qoyulmuş müvafiq müşayiətedici sənədlərə malik olmayan, üzərində qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun markalanma aparılmayan müxtəlif növ plastik vedrələrdə qablaşdırılmış ümumi çəkisi 72 kq olan marinə edilmiş ət məhsulu və ümumi çəisi 8 kq olan çiy dönər məhsulunun məhv edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli yoxlama aktından görünür ki, fiziki şəxs X6 məxsus çiy dönər emalı müəssisəsində yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli yoxlamanın nəticələri üzrə qərardan görünür ki, aşkar olunmuş pozuntuların xx.xx.2024-cü il tarixinədək aradan qaldırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq , verilmiş şikayətin təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ləğv edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər məhkəmədə araşdırılarkən müəyyən olundu ki, 24 may 2024-cü il tarixli “yoxlamanın aparılması haqqında” haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən təsərrüfat obyektində yoxlamanın aparılması qərara alınmış və həmin qərarda sözügedən təsərrüfat obyektinin X7 məxsus olması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən aparılan bütün yoxlama X8 barəsində aparılmış, aparılan yoxlama zamanı aşkar olunmuş npqsanlarla bağlı onun izahatı alınmamışdır. İş materiallarında olan 24 may 2024-cü il tarixli X8 tərəfindən verilmiş ərizədən görünür ki, həmin ərizədə də Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən obyektdə soyuduculardan birinin elektrikə bağlı olduğunu bildirmişdir. Lakin ərizədə də həmin təsərrüfat obyektinin ona məxsus olmasını bildirməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 məhkəmə iclasları zamanı vermiş olduğu izahatlarında həmin təsərrüfat obyektinin ona məxsus olmadığını, qaynatasına məxsus olduğunu, qaynatası rəhmətə getdikdən qaynatısının qardaşı tərəfindən işlədildiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X2 nümayəndəsi Nəriman Kamallı ona verilmiş suallara cavab olaraq, X5 Nəsimi rayon Polis İdarəsində vermiş olduğu izahatı əsasında həmin təsərrüfat obyektinin məhz onun tərəfindən idarə edildiyi barədə məlumatlı olduqlarını bildirsə də, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş və inzibati xətanın məhz onun tərəfindən törədilməsini sübut edən həmin izahat iş materiallarına əlavə edilməmişdir. Beləliklə, inzibati orqan tərəfindən sözügedən inzibati xətanın məhz həiəərəfindən törədilməsi və həmin şəxsin əməlində inzibati xətanın tərkibinin olması müəyyən edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X8 barəsində Azərbaycan Respublikasının X2 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X8 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar