Məhkəmə qərarları › İş №3(001)-4137/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4137/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4137/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə, 27.01.1983-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, özəl şirkətdə mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, 10K7EWX fərdi identifikasiya nömrəsinə malik olan, X1 Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş 16.11.2021-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən 16.11.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar qanunsuz və əsassızdır. Belə ki, 06.11.2021 ci il tarixdə Bakı şəhəri Tbilisi prospekti ilə Ş.Mehtiyev küçələrinin kəsişməsində, saat 15:50-də küçənin başlanğıcında xidməti avtomobilləri ilə gizli xidmət aparan YPX-nin əməkdaşı tərəfindən Tbilisi prospektinin sonunda ona saxla əmri verilmiş və o, dərhal idarə etdiyi ** UD *** saylı dövlət qeydiyyat nömrə nişanlı avtomobli saxlamışdır. YPX əməkdaşı ona qayda pozuntusu etdiyini demədən ondan sənədlərini tələb etmiş və o, qayda pozuntusunu soruşduqda onun Tbilisi prospekti ilə Ş.Mehtiyev küçəsinin kəsişməsində svetoforun qırmızı işığının tələbinə əməl etmədiyini və İXM nin 327.2-ci maddəsi ilə - Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi maddəsinin tələblərini pozduğunu qeyd etmişdir. Təbii ki, o görüntünü istədikdə ona telefonla kənardan çəkilmə, kimə məxsus olduğu bilinməyən və svetaforun qırmızı işığında hərəkət etməyən avtonəqliyyat vasitəsini göstərərək qayda pozduğunu ona sübut etməyə çalışmışdır. O isə inspektora onun maşınına DİN DYPBİ tərəfindən verilən dövlət qeydiyyat nömrə nişanı görünmədiyini və qayda pozuntusunu ona məxsus olmadığını bildirdikdə ona kimə məxsus olduğu bilinməyən qara “BMW” markalı avtomaşının əks olunduğu diskin olması dəlil gətirilmişdir. O, bu barədə dərhal DİN BŞBPİ DYPİ-nə öz şikayət məktubunu yazaraq onlardan ona video görüntünü göstərməklərini xahiş etmişdir. Təəssüf ki, bu xahişdə yerdə qalaraq onun iştirakı olmadan onu dəvət etmədən 16.11.2021 ci il tarixdə İPX ******* saylı protokola əsaəsən qərar çıxarılmışdır. Bakı şəhər Baş Polis İdarəsi DYPİ -yə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq ona lazımi qaydada məlumat verilmədən qəbul edilmiş 16.11.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş 16.11.2021-ci il tarixli, TP ******* saylı qərarından məlum olur ki, X4 barəsində 06.11.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində Bakı şəhər Baş Polis İdarəsi DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Eyni zamanda qanuni qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar toplanılmalı olduğu halda işə baxmış S.M.Seyidov tərəfindən bununla bağlı tədbirlər görülməmiş və kifayət etməyən əsaslarla sözügedən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş 16.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş 16.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi DYPİ -yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş 16.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar