Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4140/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərər çəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə İmişli rayonu, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxsnın İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7954/02019 nömrəli, 24.12.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 21030 manat pul alınaraq X5 və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2021 nömrəli, 16.08.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 44200 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs həmin icra sənədi üzrə borcundan hazırkı günə qədər heç bir ödəniş etməmişdir. Tələbkarlar isə ödənişlərinin həyata keçirilməsini tələb edirlər. Ona görə də, Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7954/02019 nömrəli, 24.12.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh ondan 21030 manat pul alınaraq X5 və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2021 nömrəli, 16.08.2021-ci il tarixli icra sənədinə əsasən ondan 44200 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. Həmin icra sənədləri üzrə borcundan hazırkı günə qədər heç bir ödəniş etməmişdir. Pandemiya və digər səbəblərdən iş fəaliyyətində sıxıntılar olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda iş fəaliyyətini bərpa etdiyi üçün yaxın zamanlarda borcunu ödəyəcəkdir. İİ qrup əlil olmasının, ailəli olmasının nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2021 nömrəli, 16.08.2021-ci il tarixli icra sənədinə əsasən ona 44200 ABŞ dolları borcu vardır. Şəxs həmin icra sənədi üzrə borcundan hazırkı günə qədər heç bir ödəniş etməmişdir. O, borcunun ödənilməsini tələb edir. Məhkəmədən Şəxs barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirimişdir ki, Şəxs qeyd edilən icra sənədləri üzrə borcundan hazırkı günə qədər heç bir ödəniş etməmişdir. Buna səbəb pandemiya və digər səbəblərdən iş fəaliyyətində sıxıntıların olmasıdır. Hazırda Şəxs iş fəaliyyətini bərpa etdiyi üçün yaxın zamanlarda borcunu ödəyəcəkdir. Şəxs İİ qrup əlil olmasının, ailəli olmasının nəzərə alınaraq məhkəmədən sonuncunun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7954/2019 nömrəli, 24.12.2019cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 21030 manat pul alınaraq X5 ödənilməsi müəyyən edilmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2021 nömrəli, 16.08.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 44200 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 oğluna ödənilməsi müəyyən edilmişdir. 21.02.2020 və 06.10.2021-ci il tarixli qərarlardan görünür ki, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 21.02.2020 və 06.10.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 15.10.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7954/02019 nömrəli, 24.12.2019-cu il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-803/2021 nömrəli, 16.08.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7954/2019 nömrəli, 24.12.2019-cu il tarixli və 2(001)-803/2021 nömrəli, 16.08.2021-ci il tarixli icra vərəqələrini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 000132 saylı vəsiqədən görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatların və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs əməli düzgün olaraq İXMin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs İİ qrup əlil olması, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də onun təqsirinin dərəcəsini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04.09.2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 66, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4140/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4140/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver