Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4142/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin böyük məsləhətçisi X2, qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) dövlət müəssisə və təşkilatları tərəfindən təqdim edilən hesabatların təqdim edilmə müddətləri ilə bağlı apardığı araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (faktiki ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 285) tərəfindən “Dövlət əmlaklarının qorunub saxlnılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” üzrə hər ilin əvvəlinə xüsusi hesabatlarını müəyyən edilmiş vaxtdan gec (hər ilin 1 aprel tarixindən gec olmayaraq təqdim edilməlidir) olmaqla Xidmətə təqdim etdiyini əsas gətirərək SEDAM MMC-nin baş mühasibi olmaqla barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 557.2-ci maddəsi ilə 2025-ci il 23 may tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, və protokola əsasən xidmət tərəfindən 23 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 (yeddi yüz) manat məbləğində cərimələnmişdir. Qeyd edilən inzibati tənbeh vermə qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəaları kobud surətdə pozulmuş, iş üzrə lazımı araşdırma aparılmadan, qanunvericiliyin tələbləri nəzərə alınmadan barəsində qanunsuz qərar edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti işə baxarkən ilkin olaraq nəzərə almamışdır ki, xidmətin şöbə müdiri X3 tərəfindən qəbul edilən 23 may 2025-ci il tarixli MN0248112 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, “bu Məcəllənin 557.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.” Belə olan halda inzibati xəta haqqında işə baxan vəzifəli şəxs Məcəllənin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməli, Məcəllənin 115.1.6-cı maddələrinə əsasən inzibati cərimə şərti olaraq tətbiq edildikdə, qəbul edilən qərarda hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd aparılmalı idi. Həmçinin qeyd edir ki, inzibati xətaya dair iş üzrə icraat başlanılmamış hüquqpozma aradan qaldırılmış və “Dövlət əmlaklarının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında ilkin xüsusi hesabat forması” üzrə hesabat xidmətə təqdim edilmişdir. Göründüyü kimi, xidmət kobud surətdə qanunvericiliyin müddəalarını pozaraq cərimənin şərti olaraq tətbiq edilməli olduğu halda bunu etməmiş və nəticə olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayətin məzmununa uyğun çıxış edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın prosessual pozuntulara yol verilərək tərtib olunduğunu nəzərə alaraq, qərarlın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, X6 inzibati xəta haqqında işə baxılması barədə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul etmişdir və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən prosessual pozuntuya yol verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, X4 şikayətinin təmin olunmamasını və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs X6 Azərbaycan Respublikası İXM-nin 557.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada 700 (yeddi yüz) manat məbləğində cərimə təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil olmaqla bir sıra qurumlara 2024-cü ilin yekununa görə “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi”ni “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün tabeliklərində olan müəssisə və təşkilatlara göstəriş verilməsini xahiş etmişdir. X4 ünvanına göndərilmiş inzibati xəta haqqında işə baxılması barədə bildirişdən görünür ki, o, “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nın müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə tərtib edilmiş 13 may 2025-ci il tarixli, ******* nömrıli protokol üzrə inzibati xəta haqqında işə 23 may 2025-ci il tarixdə, saat 11:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında olmasının zəruri olduğu və əks təqdirdə işə onun iştirakı olmadan baxılacağı bildirilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin” yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarətinin tabeliyində "xxxx" MMC-nin İqtisadiyyat və uçot şöbəsinin müdiri-baş mühasib X6 tərəfindən verilmiş xx.xx.2025-ci iltarixli izahatdan görünür ki, 2024-cü ilin “xüsusi hesabat”ının vaxtında təqdim olunmamasının bilərəkdən edilmədiyini və belə halın bir daha təkrarlanmayacağını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və şikayətə əlavə olunmuş sənədləri qarşılıqlı şəkildə araşdırararaq verilmiş şikayətin qismən təmin edilməsi, X6 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana geri qaytarılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X6 Azərbaycan Respublikası İXM-nin 557.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 557.2-ci maddəsinə əsasən dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İXM-nin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən inzibati xəta aşkar edildikdən sonra ilkin olaraq inzibati xətanı törətmiş şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmədən, birbaşa olaraq vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən İXM-nin 116.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən prosessual normalar gözlənilmədən, inzibati xətanın nəticələrinin aradan qaldırılması üçün müddət verilərək, inzibat cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmədən X4 vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta hadisəsi yenidən araşdırılaraq prosessual normalar gözlənilməklə vəzifəli şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməlidir. İXM-nin 25.7-ci maddəsinə əsasən bu məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4142/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4142/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver