Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4147/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı gömrük xidməti kapitanı X3, Şəxs direktoru X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2017-ci il tarixli **********8240, xx.xx.2017-ci il tarixli **********3267 və xx.xx.2018-ci il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında ixrac etdiyi 4797,86 ABŞ dolları (8156,36 manat) dəyərində olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X5 bildirmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli 327-03/16 (D.F.-FX B.C.) nömrəli və xx.xx.2018-ci il tarixli 411-03/18/16 (D.F.-FX B.C.) nömrəli müqavilələrə əsasən, ümumi gömrük dəyəri 4797,86 ABŞ dolları olan “ətirlər və tualet suyu’’ adlı yük xx.xx.2017-ci il tarixli **********8240, xx.xx.2017-ci il tarixli **********3267 və xx.xx.2018-ci il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, lakin 180 gün ərzində “FX Beauty Company’’ MMC tərəfindən isə ixrac edilən 4797,86 ABŞ dolları (8156,36 manat) olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. **********8240, **********3267 və **********5132 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində vəsaitin şirkətin müvəkkil bank hesabına köçürülmədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilərkən müəyyən edilmişdir. Qeyd edilən inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. "xxxx" MMC barəsində İXM-in 483cü maddəsi ilə inzibati haqqında protokol tərtib edildikdən və baxılması üçün məhkəməyə göndərildikdən sonra müəyyən edilmişdir ki, əsasən Şəxs tərəfindən xx.xx.2017-ci il tarixli **********8240, xx.xx.2017-ci il tarixli **********3267 və xx.xx.2018-ci il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında ixrac edilmiş 4797,86 ABŞ dolları (8156,36 manat) dəyərində olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs direktoru X6 bildirmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli 327-03/16 (D.F.-FX B.C.) nömrəli və xx.xx.2018ci il tarixli 411-03/18/16 (D.F.-FX B.C.) nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən ümumi gömrük dəyəri 4797,86 ABŞ dolları olan “ətirlər və tualet suyu’’ adlı yük xx.xx.2017-ci il tarixli **********8240, xx.xx.2017-ci il tarixli **********3267 və xx.xx.2018-ci il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Qeyd edilən gömrük bəyannamələri ilə ixrac edilmiş malların dəyəri "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. Lakin buna baxmayaraq "xxxx" MMC barəsində əsassız yerə İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 327-03/16 (D.F.-FX B.C.) nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında ətirlərin alğı-satqısı haqqında müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli, **********8240 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 1524,41 ABŞ dolları olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2017-ci il tarixli, **********3267 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 1455,80 ABŞ dolları olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixli 411-03/18/16 (D.F.-FX B.C.) nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında ətirlərin alğı-satqısı haqqında müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, **********5132 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 1817,65 ABŞ dolları olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, "xxxx"MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən bəyan olunan gömrük bəyannamələri ümumilikdə 4797.86 (dörd min yeddi yüz doxsan yeddi dollar səksən altı sent) ABŞ dolları dəyərində olmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********8240, **********3267 və **********5132 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyi malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesabına xarici valyuta vəsaitlərinin köçürülüb-köçürülməməsini müəyyən etməkdən ötrü X2 Sistemi informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********8240, **********3267 və **********5132 sorğu nömrəli gömrük bəyannamələri üzrə konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində qaytarılmalı olan xarici valyutanın məbləği ümumilikdə 4797,86 (dörd min yeddi yüz doxsan yeddi dollar səksən altı sent) ABŞ dolları təşkil edir və həmin vəsaitin ödənişi hələ də təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli 327- 03/16 (D.F.-FX B.C.) nömrəli və xx.xx.2018-ci il tarixli 411-03/18/16 (D.F.-FX B-C.) nömrəli müqavilələrinə əsasən, ümumi gömrük dəyəri 4797,86 ABŞ dolları olan “ətirlər və tualet suyu’’ adlı yük xx.xx.2017-ci il tarixli **********8240, xx.xx.2017-ci il tarixli **********3267 və xx.xx.2018-ci il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. “FX Beauty Company’’ MMC tərəfindən isə ixrac edilən 4797,86 ABŞ dolları (8156,36 manat) olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Baş vermiş inzibati xəta hadisəsi faktı Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 34/012/017806 nömrəli raportu əsasında xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli bank sənədlərindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına qeyd edilən tarixlərdə ümumilikdə 12029 manat pul köçürülmüşdür. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli 327-03/16 (D.F.-FX B.C.) nömrəli və xx.xx.2018-ci il tarixli 411-03/18/16 (D.F.-FX B.C.) nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən ümumi gömrük dəyəri 4797,86 ABŞ dolları olan “ətirlər və tualet suyu’’ adlı yük xx.xx.2017-ci il tarixli **********8240, xx.xx.2017-ci il tarixli **********3267 və xx.xx.2018-ci il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, həmin malların dəyəri olan 4797,86 ABŞ dolları (8156,36 manat) vəsait "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, belə olan halda Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4147/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4147/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver