Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4148/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə3, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.2, 266.3 və 271-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolunun sağ tərəfində yerləşən Şəxs MMC-yə məxsus “Tam topdan” marketin arxa tərəfində marketə məxsus tullantıların qalaqlanması, emalı yerlərinin müəyyənləşdirilməməsi, urnadan kənara atılması müəyyən edilmişdir. Şəxsn nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola dair elektron məhkəmə informasiya sitemi vasitəsi ilə yazılı etiraz təqdim edilmişdir. Həmin etirazda aşağıdakılar göstərilmişdir: - “Müəssisə barəsində tərtib olunmuş protokol tam əsassızdır, heç bir hüquqi faktlara və sübutlara əsaslanmr. Məlumat vermək istəyirik ki, Binəqədi-Xırdalan yolunda yerləşən “Tam Topdan” mağazası bizə - Şəxs MMC-yə məxsusdur. Həmin icarə sahəsi 18 avqust 2023-cü il tarixli, 002 saylı müqavilə əsasında fiziki şəxs X4 tərəfindən bizim icarəmizə verilmişdir. Müəssisə bizə icarəyə verilməmişdən öncə onun yerində Army Marketə aid “Xəzər Topdan” (və ya “Army” Topdan) mağazası fəaliyyət göstərmişdir. Hal-hazırda bizə icarəyə verilmiş sahəyə birləşik olan mağazada Army Topdan mağazası hələ də fəaliyyət göstərməkdədir. Qeyd etmək istəyirik ki, Protokol materiallarına əlavə edilmiş ərazinin fotoşəkilləri yalnız müvafiq ərazinin vizual görüntüsünü ehtiva edir. Lakin bu şəkillərin olması müvafiq ərazidə olan tullantıların "xxxx" MMC tərəfindən atıldığının sübutu ola bilməz; habelə 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maddi sübut qismində təqdim edilmiş bu fotoşəkillər protokolun tərtib edilməsində kifayət hesab oluna bilməz. Belə ki, AR İnzibati xətalar məcəlləsinə əsasən, inzibati məsuliyyətin yaranması ilə əlaqədar hüquqi və faktiki sübutlar aydın, qəti və birmənalı olmalı, subyektiv ehtimallara, ehtimallara və ya təsadüfi hallara əsaslana bilməz. Müvafiq ərazidə mövcud olmuş tullantıların fotoşəkilləri onların "xxxx" MMC yə məxsus olan mağazalar tərəfindən atıldığını hüquqi baxımdan təsbiti üçün kifayət hesab oluna bilməz. Fotoşəkillərdə təsbit olunan zibillərin əksər hissəsi mağazaların fəaliyyətindən əvvəl də həmin ərazidə olmuş, hətta məişət tullantılarının çoxu yerin təkinə yapışmış halda qalması, bunun uzunmüddətli çirklənmədən qaynaqlandığının əyani sübutudur. Müəssisə fəaliyyətə başladığı dövrdən ətraf mühitin qorunması və bu sahədə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq tullantıların yığılması və onun kommunal şirkətləri tərəfindən daşınmasına xüsusi diqqət göstərmişdir. Müəssisəmiz fəaliyyətə başladığı vaxt həmin ərazinin tullantılarının daşınması xidmətlərini icra edən aidiyyəti qurumla – Bakı Şəhəri İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" ilə müqavilə imzalamış və onların göstərişlərilə sözügedən əraziyə 2 (iki) ədəd zibil qutusu təmin edilmişdir. Müəssisəmiz fəaliyyətilə bağlı yaranan zibil tullantılarını yalnız zibil qutularına atmış və onların daşınması üçün daim nəzərətdə saxlamışdır. Həmin ərazinin zibillənməsinə dair səbəbləri aşağıdakı kimi görürük: - Ümumiyyətlə həmin ərazi, nəinki mağazanın arxası, mağazanın arxasına gedən bütün yolboyu ərazi zibillik ərazisidir. Orada köhnədən qalan və hətta illərdir torpağa yapışmış zibillər vardır. Tərəfimizdən ümumi təmizlik məqsədilə həmin ərazi dəfələrlə təmizlənmiş, lakin yerə yapışmış köhnə tullantı qalıqlarını çıxarmaq mümkün olmamışdır. Həmin əraziyə təmizliyi məhz öz mülahizəmizə uyğun olaraq, ərazinin təmizlənməsi üçün özümüz etmişik. Hətta bu protokol tərtib edilən zaman da məhz ərazimizin təmiz qalması məqsədilə əlavə olaraq oraya işçi qüvvəsi ayırmış, ağır texnikalar (ekskavator, yük maşınları və s.) cəlb edib təmizləmişik. - Oranı zibilləndirən amillardən biri də müəssisəmizə bitişik olan “Army Topdan” mağazasının əməkdaşları tərəfindən oraya tullantıların atılmasıdır. Həmin zibillik ərazisinə məlumat veriyimiz kimi 2 (iki) ədəd zibil qutusu qoyulmuşdur. O zibil qutusu yalnız bizim müəssisə üçün müqavilə əsasında qoyulmuşdur. Lakin buna baxmyaraq, “Army Topdan” mağazasının əməkdaşları da tullantıları həmin əraziyə atırlar. Baxış zamanı bizim müəssisəyə məxsus olmayan başqa firma loqoları olan tullantı yeşikləri və s. qalıqları görmək mümkündür. - Army Topdan mağazasının arxa hissəsində karton qutular üçün müvəqqəti (üstü və kənarları açıq) sahə ayrılmışdır. Külək olan zaman, həmin sahədən də onların karton qutuları və ya qoyduqları digər tullantı qalıqları məhz adıçəkilən zibillik əraziyə yığılır. Həmin ərazinin arxa hissəsi dik olduğundan külək bütün tullantıları ora cəmləyir. - Yaxınlıqda yerləşən digər obyektlər və fərdi evlərdə yaşayan sakinlər də həmin ərazini zibilləməkdədirlər. Əraziyə baxış keçirilən zaman buna şahid olmaq mümkündür. Həmin ərazi illərdir “zibilxana” kimi fəaliyyət göstərdiyindən onun yaxınlığından keçən, ora yaxınlaşan şəxslər də həmin ərazini zibilləyirlər. Yuxarıda qeyd edildiyi kimi, müəssisə olaraq həm ətraf mühitin qorunması, həm fəaliyyət göstərdiyimiz ərazinin tam təmiz saxlanılması həm də hər il daha da böyüyən müəssisəmizin reputasiyası üçün sözügedən əraziyə öz imkanlarımız daxilində ağır texnikalar cəlb etmiş, həmin ərazinin bizə yaxın olan (tək aid olan yox) hissəsi zibil tullantılarından tam olaraq təmizlənmişdir. "xxxx" MMC pərakəndə satış sektorunda aparıcı və nüfuzlu təsisat olmaqla, ölkənin iqtisadi inkişafına mühüm töhfə verir və demək olar hər ay yeni iş yerləri açmaqla ölkədə məşğulluğun səviyyəsinə müsbət mənada ciddi təsirlər göstərir. Barələrində inzibati tənbeh tədbirlərinin tətbiqi müəssisənin işgüzar nüfuzuna, iqtisadi fəaliyyətinə və əlaqədar iş yerlərinə ciddi zərər vuracağını nəzərinizə çatdırırıq. Nəticə olaraq, həmin ərazidəki tullantıların "xxxx" MMC tərəfindən atılmadığını, bu barədə inzibati orqanın təqdim etdiyi materialların faktı təsdiqləmədiyini və hər hansı sübutların olmadığını, həmçinin əksinə olaraq müəssisənin mübahisə predmetinə aid ərazidə tullantıların daşınması ilə bağlı zəruri tədbirlərin gördüyünü nəzərə alaraq, tətbiq edilmiş inzibati tənbeh tədbirinin ləğv edilməsini məhkəmədən xahiş edirlər.” xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, həmin idarəsnin aparıcı məsləhətçisi-müfəttiş Nümayəndə1 bildirmişdir ki, Binəqədi rayonunun sakini Könül Qədirova idarəyə müraciət edərək yaşadığı evin yaxınlığında yerləşən “Xəzər Topdan” və “Tam Topdan” marketlərinin fəaliyyəti zamanı əmələ gələn tullantıların onun yaşadığı evin yaxınlığında həmin obyektlərin arxasına atılaraq yandırılmasını bildirdiyindən qeyd edilən əraziyə baxış keçirmişlər. Əraziyə baxış zamanı hər 2 marketin yanaşı fəaliyyət göstərdiyini, “Xəzər Topdan” marketin arxasında hər hansı bir tullantının olmadığını, “Tam Topdan” marketinin arxasında marketə aid tullantıların olduğunu müşahidə etmişlər. Qeyd edilənlərə əsasən də tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələri ilə protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq hər 2 marketin arxasında küçə olduğunu, küçənin bir tərəfinin metal tor ilə hasarlandığını, onun da arxasında iri metal borularının olduğunu, həmin məsafədə 5-7 metr aralıqda 2 marketin yanaşı yerləşdiyini, həmin ərazidən bir az aralıda bir vətəndaşın yaşayış evinin olduğunu müşahidə etmişlər. Həmin ərazini isə bir vətəndaş tərəfindən zibillənməsi mümkün deyildir. Eyni zamanda “Xəzər Topdan” marketinin arxası təmizdir. Lakin, “Tam Topdan” marketin arxasında isə marketə məxsus tullantılar olmuşdur. Həmçinin zibillərin atılması üçün marketə məxsus zibil qutuları olmuşdur. Sübutları ondan ibarərdir ki, “Tam Topdan” marketin arxasında tullantı varsa, həmin tullantılar market tərəfindən atılmışdır. Yəni onlar belə ehtimal etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə protokol tərtib edilməsinə əsas həmin tullantıları ora atmaqla, cəmiyyət tullantıların emal yerini müəyyənləşdirməmişdir. Yəni tullantıların emal yerinin müəyyənləşdirilməməsinə görə həmin maddə ilə hüquqi şəxsin təqsirli olması qənaətinə gəlmişlər. Tullantıların emal yerini Şəxs MMC-nin özü müəyyənləşdirməlidir. Bununla da “Tullantılar haqqında” qanunun tələbləri pozulmuşdur, lakin hansı maddənin və normanının tələbinin pozulduğunu dəqiq bilmir. Bundan başqa “Xəzər Topdan” marketin həmin yerdə zibil qutusu yoxdur, onlara məxsus zibil qutusu marketin yan tərəfdədir və tullantılarını da ora atırlar. Cəmiyyət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilməsinə əsas isə tullantıların qalaqlanmasına görə tərtib edilmişdir. Qalanqlanma dedikdə isə tullantıların üst üstə atılması başa düşülür. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, təmsil etdiyi Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələri ilə protokol tərtib edilməsi əsassızdır, cəmiyyət tərəfindən həmin yerə tullantı atılmamışdır, bununla bağlı yazılı etizalarını elektron qaydada məhkəməyə təqdim etmişlər. Həmin yer ümumi gediş gəliş yoludur və həmçinin onların tullantı atmaqları ilə bağlı işdə hər hansı bir sübut yoxdur, bütün bunlar protokolu tərtib edən orqanın ehtimalından ibarətdir. Onların hal-hazırda fəaliyyət göstərən marketləri “Xəzər Topdan” marketinə bitişik olmuş, yəni həmin marketin yeri olmuş, qeyd edilən yeri 2023-cü il tarixdə icarəyə götürmüşlər, 2023-cü ildən həmin marketin arxasında tullantılar olmuşdur. Yalnız marketin arxasında deyil, ətrafında da tullantılar olmuşdur. Belə ki, marketin arxasından kənd istiqamətində gedən yol mövcuddur və kənardan küləyin gətirdiyi zibillər də mövcuddur. Hətta həmin zibillərin çoxu artıq yerə yapımışdır. Bundan başqa onlara məxsus market topdansatış fəaliyyəti ilə məşğul olduğundan marketin fəaliyyəti nəticəsində yaranan karton tullantılarını ümumiyyətlə zibilxanaya atmırlar, karton deposuna yığaraq rəsmi qaydada satırlar. Bakı şəhər icra hakimiyyəti onlar üçün 2 zibil qutusu ayırmışdır və özləri heç vaxt tullantıların atılma yerlərini müəyyənləşdirmirlər və buna səlahiyyətləri də yoxdur. Bakı şəhər icra hakimiyyətinin müəssisəsi ilə müqavilə bağlamışlar, həmin müəssisə tərəfindən tullantıların atılması üçün iki qutu qoyulmuş və marketin fəaliyyəti ilə əlaqədar yaranmış tullantılar də həmin qutulara atılmışdır. Onlara məxsus marketin arxasında olan tullantıların onların fəaliyyəti nəticəsində yaranması isə mümkün deyildir. Əlavə olaraq bildirtir ki, həmin ərazini dəfələrlə öz vəsaitləri hesabına təmizləmişlər. Ekologiyanın əməkdaşları gələn zaman da tullantıların onlar tərəfindən ətrafa atılmadığını bildirmişlər. Eyni zamanda onların qonuşuluğunda fəaliyyət göstərən market onlar kimi ixtisaslaşmış şəbəkə deyildir, həmin market tərəfindən tullantılar hara gəldi atılır. Bundan başqa onlar ümumiyyətlə hər hansı tullantını yandırmırlar, bir az öncə qeyd etdiyi kimi Bakı şəhər icra hakimiyyəti ilə bağladıqları müqaviləyə əsasən gündə 2 dəfə tullantılar götürərək paliqona aparıb orada zərərsizləşdirilir. Eyni zamanda onlara məxsus market topdan satış fəaliyyəti ilə məşğul olduğundan ümumiyyətlə çox tullantı olmur, tullantı olduqda isə zibil qutularının içərisinə atılır. Kartonları da qeyd etdiyi kimi ümumiyyətlə atmırlar, həmin kartonları depoya yığaraq daha sonra satırlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs marketlər şəbəkəsidir, hazırda qeyd edilən market Binəqədi rayonu, Xırdalan yolunda yerləşir. Orada vizual olaraq görünən zibillərin əksəriyyəti yerə yapışmış onların orada fəaliyyət göstərməsindən əvvəl əmələ gəlmiş zibillər olmuşdur. Eyni zamanda qonşuluqda fəaliyyət göstərən “Xəzər Topdan” marketi də tullantıları həmin əraziyə atırlar, çünki həmin marketin zibil qutularını heç görməmişlər. Həmin marketə ən yaxın zibil qutusu onlara məxsus olan 2 ədəd zibil qutusudur. Eyni zamanda yazılı etizalarında onlara bitişik olan marketin adını “Army Market” olaraq qeyd etmişdir. Bunun səbəbi isə onların marketinə bitişik fəaliyyət göstərən həmin marketin həm “Army Market” həm də “X5” kimi tanınmasıdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi aparıcı məsləhətçisi-müfəttiş Nümayəndə1 bildirmişdir ki, Şəxs MMC tullantıların emalı yerlərini müəyyənləşdirməli olduğu halda müəyyənləşdirilmədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC tərəfindən hansı norma yaxud hansı qaydanın pozulması barədə dəqiq bir fikir bildirə bilməsə də, tullantıların emalı yerinin müəyyənləşdirilməsi dedikdə müəssisənin özü tullantıların daşınması haqqında müqavilə bağlamasına baxmayaraq yeri özü müəyyən etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin norma və qaydalar odur ki, müqavilə əsasında tullantılar daşınmalıdır. Bununla bağlı konkret norma və yaxud qayda deyə bilməsə də, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanuna istinad etmişlər. Əlavə olaraq bildirmişdir ki, orada olan tullantılar marketin fəaliyyəti ilə əlaqədar yaranmış tullantılardır. Həmçinin marketdə məişət tullantıları olduğu üçün məişət tullantıları da atılmışdır. Tullantıların ora Şəxs MMC tərəfindən atılması ilə bağlı sübutları ondan ibartdir ki, protokol tərtib edərkən həmin marketin arxasında olan tullantıların şəkilləri çəkilmişdir. Şəxs MMC-yə məxsus konteynerlər həmin yerə qoyulmuşdur və buna görə də hesab edirlər ki, həmin konteynerlərin ətrafının təmiz saxlanılmasına həmin cəmiyyət cavabdehdir. Onlar adətən protokolları həmin qeyd etdikləri maddələrlə yazırlar, elə vaxt olur ki, tək qalaqlanma ilə bağlı, bəzən də emalı yerinin müəyyənləşdirilməsi ilə bağlı tərəflərindən protokol tərtib edilir. Elə hallar da olur ki, hər iki maddə ilə protokol tərtib edirlər. Bundan başqa tullantıların olduğu yerin bir hissəsi qamışlıq ərazidir, bir hissəsi isə hasarlanmışdır. Arxa tərəfdə isə dəmir borular gedir və yaşayış sahəsindən təxminən 200- 250 metr aralıda yerləşdir. Sakinlərin ora zibil atması barədə deyilənlər doğru hesab etmirlər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, hər bir müəssisə fəaliyyəti zamanı yaranan tullantıların birbaşa emal müəssisələrinə getməsini təmin etməlidirlər. Bu “Tullantılar haqqında” qanun ilə tənzimlənir, birbaşa və konkret olmasa da həmin qanunda ümumi şəkildə bildirilir. Daşıyıcı təşkilat yalnız kontenerə qoyulmuş tullantıların daşınmasında məsuliyyət daşıyır. Şəxs MMC tərəfindən tullantı yerlərinin və emalı yerlərinin müəyyənləşdirilməsi qaydaları pozulmuşdur. Çünki tullantıların emalı yerlərini fəaliyyəti zamanı tullantı yaranan subyekt müəyyənləşdirməlidir. Müəssisə yaranan tullantını kontenerə qoysa və daşıyıcı şirkətlə müqavilə bağlasa, artıq emalı yerlərinə daşınma təmin edilmiş olur. Amma, müəssisə yaranmış tullantını kənara atırsa daşıyıcı şirkət onu emalı yerlərinə təmin edə bilmir. Bundan başqa qalaqlanma qaydaları odur ki, tullantıların kontenerə qoyulması üçün xüsusi meydança hazırlanmalı idi. Həmin meydançada ekoloji tələblərə, standartlara uyğun subyektin özü tərəfindən kontenerlər yerləşdirilməli idi və müqavilənin şərtlərinə uyğun olaraq daşıyıcı təşkilat, yəni tullantıların idarə olunmasını həyata keçirən təşkilat da gəlib aparmalıdır. Tullantıların qalaqlanma qaydaları barədə “Tullantılar haqqında” qanunda göstərilmişdir. Həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” qanunda da bu barədə göstəriş olmalıdır. Həmin yer yaşayış yeri olsa, başa düşərd ki, zibillər tək Şəxs MMC tərəfindən atılmamışdır, lakin həmin yerdə sözügedən cəmiyyətdən başqa heç kim yoxdur. Hesab edir ki, apardıqları inzibati araşdırma tam qanunun tələblərinə uyğun aparılıb və hər 3 maddə ilə cəmiyyət təqsirli bilinməlidir və bunu təsdiq edən kifayət qədər sübutlar iş materialları vardır. Eyni zamanda tullantıların daşınması barədə müqavilənin şərtlərində də qeyd olunur ki, ətraf təmiz saxlanılmalı, konteynerə yığılıb, daşınmalıdır. Həmin yerdə vətəndaşların da narazılığı vardır. Ətrafda isə hər hansı bir yaşayışın olmaması tullantıların Şəxs MMC tərəfindən atıldığını sübut edir. Onların əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Şəxs MMC-yə məxsus konteynerlərin ətrafında tullantılar olması aşkar edilmişdir. Qanunvericiliyin tələbi və həmçinin müqavilə şərtlərində də göstərilmişdir ki, ətraf təmiz saxlanılmalıdır. Vətəndaşlar da tullantıların Şəxs MMC tərəfindən atılmasını bildirmişlər. Atılması iddia olunan tullantıların məişət yoxsa istehsalat tullantılarının olması barədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin ərazidə olan tullantılar marketin fəaliyyəti zamanı yaranmış tullantılardır. Eyni zamanda marketin özünün tibbi personalının məişət fəaliyyəti zamanı yaranan tullantılar vardır. Göstərilənlərə əsasən, məhkəmədən Tam store” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, məişət tullantılarının atılması və tullantıların qalaqlanma qaydalarının nədən ibarət olması və hansı norma və qanunun hansı maddəsinin tələblərinin pozulması barədə verilmiş suala cavab olaraq isə dəqiq maddə və norma deyə bilmədiyini, “Tullantılar haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda bu barədə normaların olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, onlar həmin yerdə icarə əsasında fəaliyyət göstərirlər. Konteynerin qoyulduğu yeri Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Komunal İdarəsi müəyyənləşdirir, zibillərin atıldığı yer olan torpaq sahəsinin mülkiyyətçisi isə Şəxs MMC deyildir. Həmin yer həqiqətən zibilxanadır, yerə yapışmış zibillər movcuddur, lakin həmin zibbilləri onlar atmamışlar. Oranı dəfələrlə öz hesablarına təmizlətmişlər. Onlardan öncə həmin market “Xəzər market” olaraq fəaliyyət göstərmiş, həmin marketin bir hissəsi onlar tərəfindən 2023-cü ildə icarəyə götürülmüş, bir hissəsində isə “X5” hazırda fəaliyyətini davam etdirir. “X5” əvvəllər tullantılarını onların konteynerlərə atmışlar, onların barəsində protokol tərtib edildikdən sonra isə artıq özləri üçün ayrılmış sahəyə tullantılarını atmağa başlamışlar. Eyni zamanda ətrafda yaşayan sakinlər tərəfindən də həmin yerə zibillər atılır. Həmçinin digər marketə gün ərzində 10-15 dəfə mal gətirilərək boşaldılır tullantıları isə daha sonra həmin əraziyə atılır. Özləri 2023-cü ilin noyabr orada fəaliyyət göstərirlər, əvvəlcə isə təxminən 10 il ərzində “X5” orada fəaliyyət göstərmişdir. Orada çoxdan atılmış yerə yapışmış zibillər vardır, həmin zibilləri maksimum dərəcədə təmizləməyə çalışmışlar, lakin, elə zibillər var ki artıq yerə yapşımışdır. Onların öhdəliyi sadəcə zibili konteynerin içərisinə atmaqdan ibarətdir, müqavilə əsasında da gəlib daşımaq Bakı şəhəri İcra Hakimiyyətinin öhdəliyindədir. Zibilləri utilizasiya etmək isə "xxxx" ASC-nin öhdəliyidir. Onlar bütün öhdəliklərini icra edirlər, əgər protokolu tərtib edən orqan kənara zibillərin onlar tərəfindən atılmasını bildirirlərsə bununla bağlı sübut təqdim etmələrini xahiş edir. Barələrində tərtib edilmiş protokolda tullantılarla bağlı İnzibati Xətalar Məcəlləsində olan bütün maddələri qeyd etsələr də, məhkəmə iclasında bunu əsaslandıra və sübut edə bilməmişlər. İnzibati orqan hər hansı bir inzibati xəta pozuntusu aşkar edirsə, onu sübut etməlidir. Onlar cəmiyyət olaraq bütün marketlərinin ərazisində tullantılarla bağlı ayrılmış zonaya xüsusi diqqət göstərirlər, bu işə tam ciddi nəzarət edirlər. Şəkildə olan zibillərə özü şəxsən gedib baxmış, orada məişət tullantılarının olduğunu müəyyən etmişdir. Həmçinin həmin ərazidə karton qutular da movcuddur ki, əvvəlki məhkəmə iclasında da qeyd etdiyi kimi onlar karton qutuları atmırlar yığaraq daha sonra satışını həyata keçirirlər. Bundan başqa orada “Simfer” markasının qutusunu görmüşdür, halbuki həmin markanın məhsullarını onlar nə satır, nə də istifadə etmirlər. Bundan başqa həmin əsarizdə köhnə iran məhsullarının qutuları da var idi, lakin onlara məxsus marketdə heç vaxt İran məhsulları satılmamışdır. Bu isə orda olan tullantıların onlar tərəfindən atılmadığını təsdiq edir, bunu təkzib edəcək sübutları isə protokolu tərtib edən orqan məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq bildirir ki, həmin əraziyə urnalardan kənara zibilləri onlar atmasa da, məcbur qalıb yenidən öz hesablarına ərazini təmizlətmişlər və eyni zamanda kənar şəxslərin onlara məxus urnalara və kənarlarına tullantıların atılmasının qarşısını almaq üçün onlara ayrılmış urnalar üçün dəmir qəfəs hazırlatmışlar və tullantıları da hazırda qəfəsin içərinə yerləşdirilmiş urnalara atırlar, müqavilə bağldıqları təşkilat da tullantıları həmin ərazidən daşıyırlar. Onlara ayrılmış urnaları hazırda dəmir qəfəsin içərinə yerləşdirməklərinin səbəbi onlara bir daha əsassız protokolun yazılmamasıdır. Çünki protokol tərtib edən orqanın əməkdaşlarına urnalardan kənar yerlərə onlar tərəfindən tullantıların atılmadığını başqa formada nə izah edə bilirlər nə də başa sala bilirlər. Qeyd etdiklərini və onların heç vaxt urnalardan kənara zibil atmadıqlarını, protokolu tərtib edən orqan isə bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiklərini, və özlərinin də qeyd etdiyi kimi həmin tullantıların bizim tərəfindən atılmasını ehtimal etdiklərini, ehtimal əsasında isə inzibbati məsuliyyətə cəlb edilməyin qanunusuz olduğunu nəzərə alaraq Şəxs MMC barəsində aparılan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 266.2, 266.3 və 271-ci maddəsi ilə olan inzibati protokol əsassız tərtib edildiyindən cəmiyyəti barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Xırdalan yolunun sağ tərəfində yerləşən Şəxs MMC-yə məxsus “Tam topdan” marketin arxa tərəfində marketə məxsus tullantıların qalaqlanması, emalı yerlərinin müəyyənləşdirilməməsi, urnadan kənara atılmasıının müəyyən edilməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 266.2, 266.3 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, 92843 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qırxbulaq küçəsi sakini Könül Qədirovanın “Binəqədi-Xırdalan avtomobil yolunun kənarında yerləşən “Xəzər Topdan” və “Tam Topdan” marketlərinin fəaliyyəti zamanı əmələ gələn tullantıların ətrafa atılaraq yandırılması barədə Nazirliyin 168 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2025-ci il tarixli şikayəti (İD 28941) yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, “Binəqədi-Xırdalan avtomobil yolunun sağ tərəfində yerləşən və bir-birinə bitişik olan “Xəzər Topdan” və “Tam Topdan” marketlərinin ətraf ərazilərinə hər iki marketin nümayəndəsinin iştirakı ilə baxış keçirilmişdir. Araşdırma zamanı “Xəzər Topdan” marketin nümayəndəsi X1 yazılı izahat verərək marketin fəaliyyəti zamanı əmələ gələn tullantıların Binəqədi MKTB ilə bağlanılmış müqavilə (qəbzlər əlavə olunur) əsasında daşınıldığını, obyektin arxasındakı tullantıların “Xəzər Topdan” marketinə bitişik “Tam Topdan” marketə məxsus olduğunu və bu tullantıların təmizlənməsi üçün həmin marketin rəhbərliyinə müraciət etdiklərini bildirmişdir. Eyni zamanda “Tam Topdan” marketıin rəhbərliyi izahat verməkdən imtina edərək tullantıların daşınılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə bağlanmış xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviləni təqdim etmişdir. Bununla belə hər iki marketin ətraf ərazilərinə baxış keçirilərkən “Xəzər topdan” marketinin ətraf ərazilərinin təmiz olduğu, lakin “Tam Topdan” marketin arxa tərəfində məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərin olmasına baxmayaraq marketin fəaliyyəti zamanı əmələ gələn tullantıların atılaraq qalaqlandığı müşahidə edildi. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunur. xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC (icarçı) və Şəxs MMC (sifarişçi) arasında “İcraçı”nın “Sifarişçi”yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, “Sifarişçi” isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsinin təmin edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Şəxs MMC-nin öhdəlikləri 1) bərk məişət tullantılarının zibil konteynerlərinə toplanmasını; 2) konteynerlərin ətrafının təmiz saxlanması; 3) görülmüş işlərin xidmət haqqının vaxtında ödənilməsini təmin etməkdir. Həmçinin icraçı hər gün olmaq şərti ilə “Binəqədi topdan” marketdən fərdi və ümumi istifadə etmə zibilxanalarında qoyulmuş zibil konteynerlərinə toplanmış məişət tullantılarının daşınmasını, habelə sifarişçini razılaşdırılmış sayda tullantı konteynerləri ilə təmin edir. Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 tərəfindən təqdim edilmiş foto şəkildən görünür ki, iki ədəd yaşıl rəngli tullantıların atılması üçün nəzərdə tutulmuş urnaların ətrafı dəmir qəfəslə örtülmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinxx.xx.2025-ci il tarixli 3-52-13-20/2-46/6/25 saylı məktubundan görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 iyul 2024-cü il tarixli ******* saylı müqaviləyə əsasən Şəxs MMC-yə məxsus Binəqədi-Xırdalan yolunda yerləşən Şəxs marketə (köhnə Xəzər market) məxus 2 ədəd 1.1m3 həcmli konteynerlərdə toplanmış məişət tullantıları gündəlik olaraq daşınaraq, zərəsizləşdirilməsi üçün poliqona təhvil verilir. Binəqədi rayonu, Mədən 1 ünvanında yerləşən “Xəzər Topdanın” inzibatçısı X1 xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, “Bizim topdanın arxasında heç bir tullantı yoxdur, tullantılar Binəqədi MKTB ilə bağlanmış müqavilə əsasında daşınır. Yalnız karton kağızlar təkrar emal üçün ətrafı bağlı yerdə saxlanılır. Çöldə görünüən tullantılar bizim marketə bitişik Şəxsa məxsusdur. Hətta dəfələrlə həmin tullantıların təmizlənməsi ilə bağlı onların rəhbərliyinə müraciət etmişəm. Xahiş edirəm nəzərə alasınız.” Azərbaycan Respbublikası İnzibati Xətalar Məcəlləsinin: 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respbublikasının Qanunun: 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət; tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət; tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması. tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar; tullantıların idarə olunması - tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət; tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi; tullantıların çeşidlənməsi - tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması; tullantıların daşınması - tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması; tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması; 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri, barəsində icraat aparılan şəxsin konkret inzibati xəta əməlini törətməsi hüquqi və faktiki sübutlarla təsdiq olunmalıdır. Hazırki iş üzrə isə Şəxs MMC tərəfindən tullantıların tutumlardan (urnalardan) kənar yerə atılması, qalaqlanması və emal yerinin müəyyən edilməməsi iddialarının heç biri qəti, obyektiv və hüquqi cəhətdən yetərli sübutlarla təsdiqlənməmişdir. Bütün təqdim olunan “sübutlar” — fotoşəkillər, əraziyə baxış aktı və digər subyektiv izahatlar yalnız ümumi müşahidələrə əsaslanmış, lakin tullantıların konkret olaraq Şəxs MMC tərəfindən atıldığını sübut edən heç bir birbaşa və mötəbər sübut təqdim edilməmişdir. Hətta protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələri də öz izahatlarında bu tullantıların kim tərəfindən atıldığını “ehtimal etdiklərini” bildirmişlər. Məhz ehtimala əsaslanan belə yanaşma isə hüquqi cəhətdən əsassız və qəbuledilməzdir. İnzibati məsuliyyət ehtimallara və fərziyyələrə deyil, sübuta əsaslanmalıdır. Bundan başqa məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olub-olmadığını yoxlamaq məqsədi ilə həmin maddələri ayrı-ayrılıqda qiymətlədirməyi zəruri hesab edir. İXM-in 266.2-ci maddəsi üzrə məhkəmənin qiymətləndirməsi: İXM-nin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məkhəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinə sual verilərək müəyyən edilmişdir ki, həmin maddə ilə cəmiyyət barəsində protokol tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsinə görə tərtib edilmişdir. Lakin hansı qanuna yaxud qaydaya əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsinin hüquqi şəxsin öhdəliyi olması barədə verilmiş suala isə əsaslı cavab verə bilməmişlər. Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 10-cu maddələrinin tələblərinə əsasən tullantıların emalı dedikdə onların toplanması, saxlanılması, daşınması və zərərsizləşdirilməsi başa düşülür və bu fəaliyyət növü xüsusi ixtisaslaşmış emal müəssisələri tərəfindən həyata keçirilir. Qanunun 10-cu maddəsində emal yerlərinin layihələndirilməsi, inşası, istismarı və ləğvi yalnız səlahiyyətli icra hakimiyyəti orqanlarının, o cümlədən ətraf mühitin mühafizəsi və səhiyyə qurumlarının nəzarəti və tələbləri çərçivəsində həyata keçirilə bilər. Hüquqi şəxslərin, xüsusilə kommersiya fəaliyyəti ilə məşğul olan supermarket şəbəkələrinin öz təşəbbüsü ilə emal yeri müəyyənləşdirməsi hüquqi baxımdan nə qanunda nəzərdə tutulmuşdur, nə də texniki və ekoloji baxımdan mümkündür. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndələri bu maddə ilə protokolun tərtib edilmə səbəbi kimi cəmiyyətin tullantıların emal yerini müəyyən etməməsini göstərsələr də, bu öhdəliyin konkret hansı normativ akta əsaslandığını izah edə bilməmişlər. Protokolun tərtibinə əsas kimi istinad edilən “Tullantılar haqqında” Qanunda isə hüquqi şəxsin öz təşəbbüsü ilə emal yeri müəyyən etməsi barədə heç bir norma yoxdur. Əksinə, həmin qanuna əsasən tullantıların daşınması və emalı səlahiyyətli daşıyıcı təşkilatlar tərəfindən həyata keçirilir. Hazırki işdə isə Şəxs MMC ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən tullantıların daşınması və utilizasiyası məhz bu təşkilatın öhdəliyindədir. Qedy edilənlərə əssasən də Şəxs MMC tərəfindən tullantıların emalı yerinin müəyyən edilməsinə dair hər hansı hüquqi öhdəlik müəyyən edilmədiyindən və səlahiyyətli orqan da bu öhdəliyin hüquqi mənbəyini göstərə bilmədiyindən Şəxs MMC-nin İXM-in 266.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. İXM-in 266.3-cü maddəsi üzrə məhkəmənin qiymətləndirməsi: İXM-nin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Lakin iş üzrə təqdim olunmuş materiallar, foto-şəkillər və izahatlardan müəyyən edilir ki, həmin tullantıların Şəxs MMC tərəfindən atılmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Protokolda və aktda qeyd edilən tullantıların Şəxs MMC tərəfindən atıldığı yalnız ehtimallara əsaslanmışdır. Səlahiyyətli orqanın əməkdaşları da bunu açıq şəkildə etiraf edərək, ərazidə tullantıların mövcudluğunu, lakin onların konkret olaraq cəmiyyətə məxsus olduğunu müəyyən edən birbaşa sübutun olmadığını, həmin tullantıların cəmiyyətə məxsus urnaların ətrafında olduğundan həmin tullantıların da elə cəmiyyət tərəfindən atıldığını ehtimal etdiklərini bildirmişlər. İlk növbədə qeyd edilməlidir ki, İXM-in 266.3-cü maddəsi yalnız “məişət tullantılarının” tutumlardan kənar yerlərə atılmasını nəzərdə tutur. Bu halda, tətbiq olunan maddənin mahiyyətcə düzgün qiymətləndirilməsi üçün həmin tullantıların hüquqi baxımdan “məişət tullantısı” yoxsa “istehsalat tullantısı” olduğu müəyyənləşdirilməlidir. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır, istehsalat tullantıları isə stehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrhüquqi və fiziki şəxslərin təsərrüfat və kommersiya fəaliyyəti nəticəsində yaranan tullantılardır. Yəni məişət tullantısı dedikdə əhalinin həyat fəaliyyəti nəticəsində əmələ gələn, yaşayış yerlərində (mənzillərdə, yaşayış evlərində və s.) formalaşan, gündəlik istifadə olunan əşyaların, qida qalıqlarının, qablaşdırmaların və sairə tullantıla başa düşülür. Hazırkı halda Şəxs MMC topdansatış fəaliyyəti ilə məşğul olan kommersiya subyekti kimi, yalnız istehsalat tullantıları – yəni qablaşdırma materialları (karton qutular, plastik örtüklər və s.), təchizat zamanı yarana biləcək qalıqlar və ticarət dövriyyəsi nəticəsində yaranan tullantılar əmələ gətirir. Məhkəmə iclasında cəmiyyətin nümayəndəsi tərəfindən də aydın şəkildə bildirilmişdir ki, onların fəaliyyətində əsas tullantılar karton qutular və qablaşdırmalardan ibarətdir, bunlar isə zərərsiz materiallar olmaqla yanaşı, məişət tullantıları kateqoriyasına daxil edilmir və satış üçün ayrıca depolarda toplanaraq satılır. Həmçinin nəzərə alınmalıdır ki, cəmiyyətin fəaliyyəti yaşayış sahəsində deyil, topdansatış obyektində həyata keçirilir və onun əməkdaşlarının şəxsi istifadəsindən doğan əhəmiyyətli həcmdə məişət tullantısı formalaşması ehtimalı demək olar ki, yoxdur. Belə şəraitdə ərazidə müşahidə edilən tullantıların İXM-in 266.3-cü maddəsinin predmetinə aid edilməsi, yəni məişət tullantısı kimi qiymətləndirilməsi hüquqi baxımdan əsassızdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, həmin tullantıların konkret olaraq Şəxs MMC tərəfindən atıldığını sübut edən heç bir birbaşa və mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Fotoşəkillər, izahatlar və müşahidə aktları yalnız mövcud vəziyyəti təsvir etsə də, tullantıların konkret olaraq Şəxs MMC tərəfindən atılmasını təsdiq etmir. Bundan əlavə, cəmiyyətin rəsmi nümayəndəsi tərəfindən bildirildiyi və müqavilə ilə təsdiqləndiyi kimi, cəmiyyət tullantıların konteynerə yığılması və onların rəsmi daşıyıcı tərəfindən daşınması üzrə öhdəliklərini icra edir. Həmin konteynerlərin ətrafında əlavə tullantıların olması isə onların məhz Şəxs MMC tərəfindən atıldığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin ərazidə Şəxs MMC-yə məxsus digər marketin (“Xəzər Topdan”) fəaliyyət göstərməsi və əhalinin də aktiv iştirakı və hərəkəti olduğu şəraitdə sadəcə nəticəyə (həmin ərazidə tullantıların olmasına) əsasən Şəxs MMC-nin məsuliyyətə cəlb edilə bilməz. Nəticə etibarilə, İXM-in 266.3-cü maddəsinin tətbiqi üçün zəruri olan təqsirin subyektiv tərəfi – tullantıların urnadan kənara Şəxs MMC tərəfindən atılması sübuta yetirilməmişdir. Bu səbəbdən cəmiyyətin bu maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-in 271-ci maddəsi üzrə məhkəmənin qiymətləndirməsi: İXM-nin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 Şəxs MMC barəsində İXM-nin 271-ci maddəsi ilə protokolun tullantıların qalaqlanmasına görə tərtib etdildiyini bildirmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən tullantıların toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi,məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydalara əsasən “Yaşayış və İstirahət yerlərinin Təmizliyinə görə Cavabdehlik” aydın göstərilmişdir. Həmin Qərarın 10-cu maddəsində Şəhər (rayon) icra hakimiyyətləri, aidiyyatı qurumlar və bələdiyyələrin cavabdeh daşıdığı bu sahədəki səlahiyyətlər dəqiq göstərilmişdir.Bu qaydalarda aidiyyatı qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 avqust tarixli 2983 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 02 iyul tarixli 1735 nömrəli fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" ASC, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunaltəsərrüfat qurumları nəzərdə tutulur. Hazırki iş üzrə də Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC və Şəxs MMC arasında tullantılarının daşınması barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tullantıların daşınmasını "xxxx" MMC həyata keçirməlidir. Belə olan halda, hüquqi şəxs tərəfindən ətrafda zibillərin qalaqlanması halı inandırıcı deyildir, çünki hüquqi şəxs öz tullantılarının daşınması barədə səlahiyyətli qrumla müqavilə bağlamışdır. Eyni zamanda həmin ərazidə olan tullantıların məhz Şəxs MMC tərəfindən həmin əraziyə atılması nəticəsində qalaqlanmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir, protokol onu tərtib edən orqanın nümayəndəsinin ehtimalına və subyektiv fikrinə əsasən tərtib edilmişdir. Məhkəmə əlavə qeyd etməyi zəruri hesab edir ki, protokolu tərtib etmiş orqanın tullantıların qalaqlanması faktı ilə bağlı təqdim etdiyi dəlillər yalnız ərazidəki mövcud vəziyyətə aiddir. Lakin bu tullantıların konkret olaraq kim tərəfindən qalaqlandığı məlum deyil. Şəxs MMC tərəfindən bu tullantıların oraya atılmadığı və əksinə, həmin ərazinin onların fəaliyyətindən əvvəl zibillənmiş olduğu, zibilin yerə yapışdığı və əvvəlki marketin (Xəzər Topdan) fəaliyyət dövründən mövcud olduğu bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, cəmiyyət əraziyə texnika cəlb edərək öz hesabına təmizlik işləri aparmışdır ki, bu da onların ətraf mühitə məsuliyyətli yanaşmasını göstərir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən, İXM-in 266.2, 266.3 və 271-ci maddələri ilə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə Şəxsn təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə Şəxsn təqsirliliyi sübuta yetirilmədiyindən cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4148/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4148/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver