Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-415/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Yeni Yaşayış Massivi, məhəllə 2A ünvanında qeydiyyatda olan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti inspektoru polis serjantı X1 xx xxxx 2020-ci il tarixdə Şəxs barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1873/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vastəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. xx.xx.2020-ci il tarixində Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 3(001)-1873/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2034/2020 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1873/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarəsnin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarəsnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokol qeyri-qanunidir. O, avtomobili içkili idarə etməmişdir. Barəsində tərtib edilən protokolun ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan İXP ******* saylı xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə 23:33-də Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alkotestrdən çıxarışdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:47-də 0,418% alkoqol aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsin əsasən şəxsi axtarış, əşyaların yoxlanması, nəqliyyat vasitələrinə baxış, əşyaları və sənədləri götürmə, eləcədə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərin iştirakı məcburidir. Hesab edirəm ki, hazırkı məqamda Şəxs xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi qənaətinə gəlinməsi üçün kifayət qədər əsas yoxdur. Belə ki, protokol tərəfimdən araşdırılarkən müəyyən olunmuşdur ki, Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol və “sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” protokol xx.xx.2020-ci il tarixdə 23:33-də tərtib edildiyi halda, sərxoşluq dərəcəsinin müəyyən edilməsi haqqında alkotestr müayinəsi saat 23:47-də aparılmışdır. Bundan başqa, iş materiallarında olan SMS məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə 400 manat məbləğində cərimə olunması haqqında bildiriş daxil olmuşdur. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında protokol işin bütün faktiki halları araşdırılmadan tərtib edildiyi üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol ləğv edilməli və yenidən araşdırmanın aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol ləğv edilsin və yenidən araşdırmanın aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-415/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-415/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver