Məhkəmə qərarları › İş №3(001)-4150/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4150/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4150/2021 17.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verən X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Şikayətçi “Azlənd” Plaza” MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidmətinin 12.11.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi “Azlənd” Plaza” MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidmətinin 12.11.2021-ci il tarixli MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 12.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun barəsində MN ******* protokol əsasında 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayətçi “Azlənd” Plaza” MMC-nin direktoru X5 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidmətinin 12.11.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, “Azlənd” Plaza” MMC-nin direktorudur. Onun tərəfindən vətəndaş X6 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada yazılı əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən hər hansı işləri yerinə yetirməyə cəlb edilməsi iddia edildiyindən, “Azlənd” Plaza” MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidməti tərəfindən 12.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azlənd” Plaza” MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidməti tərəfindən 12.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. X12 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Gülmalıyev tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçini və inzibati orqanın etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan 09.09.2021-ci il tarixdə qeydiyyata alınmış vətəndaş X3 şikayətindən görünür ki, o, "xxxx" MMC-dəartıq 1 ildir ki sürücü vəzifəsində çalışır və əmək haqqısı ödənilmir. Əmək müqaviləsini şirkətin səlahiyyətli nümayəndəsi özü onun yerinə imzalayaraq bağlamışdır. Sürücülərin əmək müqaviləsi yoxdur və əmək haqqı tələb ediləndə işə buraxmamaqla hədə-qorxu gəlinir. İş materiallarında olan 01.10.2020-ci i tarixli 240 nömrəli əmrdən görünür ki, X8 01.10.2020-ci il trarixdən "xxxx" MMC-yə təsisçi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan nömrəsiz və tarixsiz əməkj müqaviləsinin surətindən görünür ki, X5 ilə Eldar Məmmədov arasında bağlanılmış əmək müqaviləsinə əsasən İş materiallarında olan 09.09.2021-ci il tarixli 214 nömrəli əmrdən görünür ki, Eldar Məmmədovla bağlanılmış əmək müqaviləsinə 17.08.2021-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 4S5R7AZ000800 nömrəli elektron bildirişdən görünür ki, işçi ilə bağlanmış əmək müqaviləsi müddətlidir, yəni müddəti 11.10.2021-ci il tarixdə bitir. Həmçinin iş materiallarında olan 4S5R7AZ000800 nömrəli 11.10.2021-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlnamasına dair müqavilədən görünür ki, müddətli əmək müqaviləsinin müddətinin bitmə vaxtı 01.10.2021-ci il tarixdir. Halbuki əmək müqaviləsində bitmə tarixinə dair hər hansı bir qeyd mövcud deyildir. Həmçinin yuxarıda qeyd edilən elektron bildiriş sistemə 11.10.2021-ci il tarixdən daxil edilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iş materiallarında olan bir-biri ilə uyğun gəlməyən sənədlər Eldar Məmmədovun əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilməsini sübut edir. Həmçinin məhkəmə şikayətçinin inzibati orqan tərrfindən sahibkarlıq sahəsində aparılan yoxlamalara ziddi olaraq həyata keçirdiyi yoxlamanın qanunsuz olduğuna dair arqumenti ilə razılaşmayaraq qeyd edir ki, inzibati orqan tərəfindən sahibkarlıq subyektinə gələrək onun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneə yaradan hər hansı bir yoxlama aparılmamışdır. Belə ki, inzibati xəta hadisəsi vətəndaşın müraciəti əsasında hüquqi şəxslə aparılan yazışmalar nəticəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidmətinin 12.11.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, “Azlənd” Plaza” MMC-nin direktoru X5 tərəfindən vətəndaş X6 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada yazılı əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən hər hansı işləri yerinə yetirməyə cəlb edilmişdir. Bu səbəbdən “Azlənd” Plaza” MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidməti tərəfindən 12.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidməti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidmətinin 12.11.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi “Azlənd” Plaza” MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 Xidmətinin 12.11.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar