Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4159/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Binəqədi Rayon Prokurorluğu tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş iş materialları daxil olmuşdur. 24-1-2-2/310-1121 İXM-24-24 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli Binəqədi Rayon Prokurorluğu tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və qərarda göstərilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 2024-cü ilədək təxminən 10 il müddətində MTK-də mühafizəçi kimi işlədərək, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tam əsassızdır və məhkəmədən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə açıqlamamışdır. Məhkəmə Binəqədi Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2000-ci ilə qədər sonuncu iş yeri aeroport olmuşdur. Səyyar evlər tikdiyini, 2010-2021-ci illər ərzində ustalıq etdiyini, ev remont etdiyini söyləmişdir. "xxxx" MTK-nın adını eşitdiyini, lakin orda işləmədiyini bildirmişdir.O, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə çayxanada oturmuşdur. Səs-küy eşitmiş və ora yaxınlaşdıqda bir uşağın binadan görmüşdür. Hadisə yerinə gedən zaman polis və prokurorluq əməkdaşları da orada olmuşdur. Daha sonra prokurorluqdan ona zəng gəldiyini, prokurorluğa gəlmək lazım olduğu bildirilmişdir. Oraya getdiyi zaman ondan hadisənin necə baş verdiyi soruşulmuşdur. O isə heç nə görmədiyini bildirmişdir. Müstəntiq ona izahat təqdim edərək imzalamasını istəmiş, o da öz növbəsində imzalamışdır. X5 həmin binaya yaxın ünvanda, yəni Əcəmi ünvan 1şadığı bina hadisə olan binadan 5-10 metr məsafədə yerləşmiş, əlil olan qardaşının uşaqlarını hərdən çıxardıb ətraf ərazidə gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ölüm hadisəsinin baş verdiyi binada fəhlə kimi bina sakinlərinə və ya digər binalardakı sakinlərə kömək etməklə özünü və ailəsini saxlayır. Bina skinlərindən birinin maşınını, birinin yükünü daşımaqla qazanc əldə edir. 71 yaşı olduğundan heç bir yerdə işləmir. Ailə üzvləri 7 nəfərdən ibarətdir. Sakinlərin ona pul verdiyini və kim ona köməklik edərsə onun da onlara köməklik etdiyini söyləmişdir. Elə zaman olur ki, yorulur və bu zaman işə getmir, qabiliyyətinə uyğujn iş olduqda kiminsə yanına işləməyə gedir. Şahid tanımır. Binanın "xxxx" MTK-ya aid olduğunu, orada kimin işlədiyini də bilmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını ayrı-ayrılıqda dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları araşdıraraq hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 33-cü maddələrinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavvilə əmək müqaviləsi adlanır. Həmin Məcəllənin 7-ci maddəsinə görə; İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X3 tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış arayışda "xxxx" Mənzil Tikinti Kooperativinin 2005-ci ildən fəaliyyətini dayandırdığı bildirilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyəti olmadığına görə, bank hesabları da aktiv və mövcud deyil. "xxxx" Mənzil Tikinti Kooperativinin 2005-ci ildən hal-hazıradək heç bir işçisi ,o cümlədən X2 adlı işçisi olmamışdır və hazırda da yoxdur. Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanmış,3-21-2-4/2-10564/2024 saylı,xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN:**********) bank hesabının olması barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X2 tərəfindən hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar, onun xeyrinə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi sübuta yetirilməmiş, bu faktı təsdiq edən hallar inzibati orqan tərəfindən araşdırılmamış və adı çəkilən şəxslərin əmək müqaviləsi bağlanmadan əməyə cəlb edilməsini təsdiq edən sübutlar sonuncu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə "xxxx" Mənzil Tikinti Kooperativinin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair "xxxx" Mənzil Tikinti Kooperativinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Binəqədi Rayon Prokurorluğu tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar dair "xxxx" Mənzil Tikinti Kooperativinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4159/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4159/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver