Məhkəmə qərarları › İş №3(001)-4166/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4166/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4166/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə tərəfindən verilə bilər. Lakin, hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X3 barəsində tərtib olunsa da, məhkəməyə daxil olmuş şikayət onun tərəfindən deyil, X2 tərəfindən verilmişdir. X2 şikayət ərizəsində göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 onun işçisidir, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi də onun mülkiyyətindədir. Lakin qeyd edilməlidir ki, qanunverici tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi konkret olaraq göstərilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti aidiyyəti üzrə həmin şikayətə baxmalı olan məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şikayət ərizəsinin məzmunundan müəyyən olunur ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Sumqayıt şəhəri ərazisində törədilmişdir. Belə olan halda, həmin qərardan verilmiş şikayətə baxılması Sumqayıt Şəhər Məhkəməsinin, şikayət verən şəxsin vəsatətinə əsasən isə onun yaşayış yeri üzrə fəaliyyət göstərən şəhər (rayon) məhkəməsinin səlahiyyətinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki qərardadla şikayətin geri qaytarılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilmiş şəxslərin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququnu istisna etmir. Barəsində inzibati qərar çıxarılmış şəxs sözügedən inzibati tənbeh vermə haqqında qərardan aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar