Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4166/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs ünvanına ** AA *** nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli, **********9458 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, sözügedən mallara dair elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Lakin qısa idxal bəyannaməsinin tərtibi zamanı malı qəbul edən şirkətin adı texniki səhv olaraq "xxxx" MMC olaraq qeyd olunmuşdur. Bu barədə Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş və qısa idxal bəyannaməsində texniki səhv olaraq başqa şirkətin VÖEN-i qeyd olunduğu bildirilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən verilən cavabda təhqiqat şöbəsinə müraciət edildiyi təqdirdə hüquqi şəxs barəsində araşdırma aparılacağı və yekunda hüquqi şəxsin əməlində hüquqpozma faktı olub-olmamasının dəqiqləşdiriləcəyi bildirilsə də, MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə dixal edilmiş mallara dair Azərbaycan Respublikası Gömrük Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Gömrük Xidmətinin “VAİS” informasiya resursundan olan çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilmiş Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından idxal edilmiş **********9458 saylı xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların daşındığı ** AA *** nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il saat 22:34-də daxil olmuş, lakin gətirilmiş mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. xx.xx.2021-ci il tarixli, SD/21 nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında gömrük rəsmiləşdirilməsi xidmətinin yerinə yetirilməsi ilə bağlı müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli, CS/7 nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, X3 direktoru olduğu digər şirkət "xxxx" MMC ilə "xxxx" MMC arasında müvaqilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, ** AA ***/** AA *** dövlət qeydiyyat nişanlı avtomobildə "xxxx" MMC tərəfindən ölkəyə idxal olunan mallara dair "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, SD/21 nömrəli təmsilçilik müqaviləsinə əsasən qısa idxal bəyannaməsi verilmişdir. xx.xx.2024-cü il tarixli **********9458 nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli, CS/7 nömrəli təmsilçilik müqaviləsinə əsasən ** AA ***/** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə ölkəyə idxal olunan mallara dair gömrük bəyannaməsi verilmişdir. Şəxs MMC-nin direktoru Dadaşov Səttar tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ünvanlarına İran İslam Respublikasından ** AA ***/** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan mallar üçün qısa idxal bəyannaməsi vaxtında tərtib edilmiş, tərtib edilmiş QİB-də texniki səhv olaraq başqa şirkətin VÖEN-i qeyd olunmuşdur. Lakin idxal olunan malın sənədləri düzgün olaraq sistemə əlavə olunmuşdur. Göstərilənlərin nəzərə alınaraq, müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 müraciətində qeyd olunmuş hallar barəsində Təhqiqat şöbəsinə müraciət edildiyi təqdirdə hüquqi şəxs barəsində araşdırma aparılaraq, araşdırmanın yekununda hüquqi şəxsin əməlində hüquqpozma faktı olub-olmaması barədə müvafiq qərarın qəbul ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, CAPİTAL STEEL” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına ** AA *** nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli, **********9458 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallara dair qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli **********9458 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallar ilə xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində göstərilən mallara dair məlumatlar eynilik təşkil edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatından və Şəxs MMC-nin direktoru Dadaşov Səttar tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, İran İslam Respublikasından ** AA ***/** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan mallar üçün qısa idxal bəyannaməsində şirkətin adı daxil edilərkən texniki yanlışlığa yol verilmiş və malı qeyd edən şirkəti olaraq onun təsisçisi olduğu digər şirkətin VÖEN-i qeyd olunmuşdur. Bundan başqa, Şəxs MMC-nin rəhbərliyi tərəfindən Bakı Baş Gömrük İdarəsinə baş vermiş texniki yanlışlıq barədə məlumat verilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin direktoru X2 ünvanlanmış cavab məktubda Təhqiqat şöbəsinə müraciət edildiyi təqdirdə hüquqi şəxs barəsində araşdırma aparılaraq, araşdırmanın yekununda hüquqi şəxsin əməlində hüquqpozma faktı olub-olmaması barədə müvafiq qərarın qəbul ediləcəyi bildirilsə də, hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin olunmadan və kifayət qədər araşdırma aparılmadan Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməsi iş materialları ilə öz təsdiqini tapmış, xx.xx.2024-cü il saat 22:34-də Biləsuvar gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə ** AA *** nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu isə onu göstərir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş 10xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 485.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4166/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4166/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver