Məhkəmə qərarları › İş №3(001)-4167/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4167/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4167/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X12 İdarəsinin Ekoloji nəzarət üzrə X10 Xidməti inspektoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər BPİ-nin X12 İdarəsinin Ekoloji nəzarət üzrə X10 Xidməti inspektoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixində o idarə etdiyi 01AB349 dövlət qeydiyyat nşanlı avtomobili ilə hərəkət halında olarkən saxlanılmışdır.Yol Polis əməkdaşı ona dayandırılmasının səbəbini izah etmədən sənədləri təqdim etməsini istəmiş və onu spirtli içki testindən keçməyə məcbur etmişdir.Halbuki postu yeni keçmişdir, inspektor qəsdən postu keçməsini gözləyərək, postu keçəndən sonra idarə etdiyi nəqliyyat vasitəsini dayandırmışdır. Səbəbini dəfələrlə soruşmasına baxmayaraq inspektor cavab verməmişdir.Son olaraq ona bildirmişdir ki, test verməkdən imtina etdiyi təqdirdə, sərxoş olduğu hesab olunacaqdır.Onun məcburi olaraq verdiyi müayinənin cavabı 0.31 ppm əks etdirməsinə baxmayaraq, onu heç bir spirtli içki qəbul etmədiyi üçün bununla qəti razılaşmamışdır.O, tibbi müayinə getmək istəmişdir.Lakin ona izahat verməsi və daha sonra müayinəyə göndərilməsi bildirimişdir.Hər nə qədər etiraz etsə də, izahat olmadan tibbi müayinəyə aparılmayacağı bildirimişdir. X8 daha sonra heç bir qanuni əsas olmadan və onu yoxladığı cihazın heç bir göstəriçilərini qeyd etmədən protokol tərtib etmişdir. Bundan başqa,Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər düzgün tərtib olunmadığı qeyd edilmişdir və müvafiq sənədlər onu tərtib edən orqana geri qaytarılmışdır. Qeyd olunanlara əsasən şikayətçi məhkəmədən Bakı şəhər BPİ-nin X12 İdarəsinin Ekoloji nəzarət üzrə X10 Xidməti inspektoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş qərarı qəbul etmiş Bakı şəhər BPİ-nin X12 İdarəsinin Ekoloji nəzarət üzrə X10 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı qərardan görünür ki, X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə tərəfləri dinləyib, vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, X5 tərəfindən Bakı şəhər BPİ-nin X12 İdarəsinin Ekoloji nəzarət üzrə X10 Xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan şikayət vermə müddəti buraxılmamış hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan rədd olunmalıdır.Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən məlum olur ki, X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməklə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan, alkotesterin çıxarışından görünür ki, X4 0.44 % alkoqol sərxoşluqu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X5 tərəfindən verilmiş izahatdan görünür ki, o səmimi olaraq spirtli içki qəbul etdiyini və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə tərəfindən oda qeyd olunmalıdır ki, şikayətçi məhkəməyə şikayətinin əsaslı olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki,X5 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmadığından şikayətin təmin olunması üçün hüquqi əsaslar yoxdur, buna görə də şikayət rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhər BPİ-nin X12 İdarəsinin Ekoloji nəzarət üzrə X10 Xidməti inspektoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayəti əssassız olduğundan rədd edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar