Məhkəmə qərarları › İş №3(001)-4169/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4169/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4169/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixli **********8745 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin vaxtında verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/010557 nömrəli raporta əsasən "xxxx" MMC-nin ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün tərtib edilmiş qısa idxal bəyannaməsi "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu təqdim edilməmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və Şəxsnə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlinmişdir. xx.xx.2025-ci il tarixli, 3-33-1100/012/012557 nömrəli raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün tərtib edilmiş qısa idxal bəyannaməsi "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl verilməli olduğuğu halda qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli, **********8745 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə invoys dəyəri 161,19 ABŞ Dolları dəyərində mallar göndərilmişdir. Bəyannaməçi olaraq X2 qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, **********9296 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş invoys dəyəri 161,19 ABŞ Dolları dəyərində mallara dair qısa idxal bəyannaməsi verilmişdir. Bəyannaməçi olaraq X2 qeyd edilmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Azər Kərimov tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:04:52-də sorğu nömrəsi yazılmış, saat 10:15:49-da rəsmiləşdirmək üçün göndərilmişdir. Nigar Məmmədzadə tərəfindən yük saat 12:30:19-da buraxılmışdır. Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılması” barədə çıxarışdan görünür ki, Şəxs ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş invoys dəyəri 161,19 ABŞ Dolları dəyərində mallara dair xx.xx.2024-cü il tarixli, **********9296 nömrəli qısa idxal bəyannaməsi və xx.xx.2024-cü il tarixli, **********8745 sorğu nömrəli gömrük bəyannaməsi verilmiş, mallar 12:30:19-da buraxılmışdır. Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan “Avtomobil nəqliyyatı” barədə çıxarışdan görünür ki, 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 10:53-də "Samur" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarının 11-ci vərəqəsində olan foto-şəkildən görünür ki, 10TJ639 nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, saat 10:53:29-da gömrük ərazisinə daxil olmuşdur. Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8745 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 10:53-də "Samur" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9296 sorğu nömrəli qısa idxal bəyannaməsi "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda gec verilmişdir, yəni xx.xx.2024-cü il tarixdə saat 10:15 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Eyni zamanda, həmin Fərmanın 4.1.1-ci bəndinə əsasən, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Şəxs ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 10:53-də "Samur" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, həmin mallara dair **********9296 nömrəli qısa idxal bəyannaməsi isə xx.xx.2024-cü il tarixdə saat 10:15 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Halbuki, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Malların görmük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 10:53-də gətirilməsi oş materiallarının 11-ci vərəqəsində olan foto-şəkil, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan “Avtomobil nəqliyyatı” barədə çıxarış, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol ilə, **********9296 nömrəli qısa idxal bəyannaməsinin xx.xx.2024-cü il tarixdə saat 10:15 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilməsi isə gömrük bəyannaməsi üzrə elektron çıxarışla öz təsdiqini tapmışdır. Odur ki, Şəxs ünvanına göndərilən və xx.xx.2024-cü il tarixdə saat 10:53-də "Samur" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş mallara dair **********9296 sorğu nömrəli qısa idxal bəyannaməsi "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 09:53-ə qədər verilməli olduğu halda gec, yəni xx.xx.2024-cü il tarixdə saat 10:15 radələrində, başqa sözlə mallar gömrük ərazisinə gətirilməzdən 38 dəqiqə əvvəl verilmişdir. Bununla da, Şəxs İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, Şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materiallarında olan raport, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan “Avtomobil nəqliyyatı” barədə çıxarış, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılması” barədə çıxarış və işdə olan digər sənədlərlə öz təsdiqini tapmış və cəmiyyətin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar