Məhkəmə qərarları › İş №3(001)-4176/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4176/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4176/2025 20.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə vəsatətlə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayətçi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətini onunla əsaslandırmışdır ki, EQ26667157 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə əldə etmiş, həmin tarixdən 20 gün müddət keçməmiş məhkəməyə ərizə ilə müraciət etsə də, vəsatət əlavə etmədiyi üçün şikayəti geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə şikayətinin geri qaytarıldığını öyrənmiş və qəbzi imza etməklə sənədləri geri almışdır. Göründüyü kimi müddət üzürlü səbəbdən ötürülmüşdür. Müddətin ötürülməsinə qərarın ona gec təqdim edilməsi, daha sonra isə məhkəmə qərardadının ünvanına gec gəlib çıxmasıdır. Qərarı aldığı gündən 20 gün müddət ötməmiş şikayət vermişdir. Odur ki, ötürülmüş müddətin bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-2864/2025 saylı qərardadından görünür ki, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət 20 günlük şikayət vermə müddəti başa çatdığı üçün icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə vəsatəti və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X3 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab ki, mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. X3 isə şikayətində həmin qərarı xx.xx.2025-ci il tarixdə əldə etməsini göstərmişdir. Məhkəmə iclasında 3(001)-2864/2025 saylı inzibati xəta haqqında iş materialları tədqiq edilərək müəyyən edilmişdir ki, X3 şikayət ərizəsini xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanasına şəxsən təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); Hazırki iş üzrə X3 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olan halda, həmin qərarın rəsmi qaydada şəxsə çatdırılması İXM-nin 57.6-cı maddəsinə əsasən tənzimlənməlidir. Yəni, EQ 26667157 nömrəli qərardan şikayət həmin qərar İXM-nin 57.6cı maddəsində göstərilmiş qaydada rəsmi qaydada verildiyi vaxtdan 20 gün ərzində verilməli idi. Belə olan halda, şikayətçinin səlahiyyətli orqandan xx.xx.2025-ci il tarixdə qərarı fiziki olaraq əldə etməsi şikayətvermə müddətinin axımının həmin müddətdən başlanmasına səbəb olmur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Ağa İsmayılov öz şikayətində inzibati tənbeh vermə haqqında qərarın sözügedən qaydada ona nə zaman təqdim edilməsini göstərməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməyərək müddəti ötürməsinin üzürlü səbəblərini bildirməmişdir. Şikayətdə müddəti ötürmənin üzürlü səbəbi olaraq qərarın xx.xx.2025-ci il tarixdə təqdim edilməsi qeyd edilmişdir ki, həmin hal şikayətvermə müddətinin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz, yuxarıda qeyd edildiyi kimi hazırki halda şikayətvermə müddətinin axımı İXM-nini 57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada çatdırıldığı andan başlayır. EQ 26667157 nömrəli qərarın xx.xx.2025-ci tarixdə qəbul edilməsi, qanunvericiliyin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirməsi, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərməsi nəzərə alındıqda həmin qərarın qəbul edildiyi xx.xx.2025-ci il tarixdə şikayətçiyə təqdim edilmişdir. Belə olan halda, həmin qərardan şikayət həmin qərardan şikayətvermə üçün nəzərdə tutulmuş 20 (iyirmi) günün sonuncu günü xx.xx.2025-ci il tarixə təsadüf edir. X1 şikayət ərizəsini 13 gün gec, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə iclasında X3 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatət rədd edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26667157 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair X2 vəsatəti rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar