Məhkəmə qərarları › İş №3(001)-4181/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4181/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4181/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X12 Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi, ev 11A, mənzil 60, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən hüquqi şəxs Şəxs barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərara əsasən, hüquqi şəxs Şəxs - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan X6 əmək müqaviləsi bağlamadan X7 Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Sea breeze” yaşayış kompleksində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək usta kimi işlərə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumat verilmiş Şəxs nümayəndəsi və inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul etmiş prokuror məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə baxılmasının yeri və müddətinin işdə iştirak edən şəxslərə vaxtında bildirilməsini nəzərə alıb, işə işdə iştirak edən şəxslərin iştiraklar olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X11 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, “...Mənim adımdan Sabunçu rayon prokurorluğuna daxil olmuş ərizəni mən yazmışam və ərizənin sonundakı imza mənim tərəfimdən icra olunmuşdur. Belə ki, 2024-cü il dekabr ayının əvvəllərində "xxxx" MTK-nın sahə rəisi Əmiraslan mənə zəng edib “Sea Breeze” layihəsində tikdikləri binada betonda kəsim işini görməyə dəvət etdi. Mən ora gedib görəcəyim işin müqabilində onlardan 3000 manat alacağımı Əmiraslana dedim. O da “Real" MTK-nın rəhbəri İlham müəllimlə danışıb ona dedikdən sonra mənimlə razılaşdılar. Mən Əmiraslana dedim ki, mənimlə əmək müqaviləsi bağlayın. Ancaq o, cəmi 10 günlük iş olduğunu deyib, belə qısa müddətli işlərə görə müqavilə bağlamadıqlarını bildirdilər. Ona görə də mən orada əmək müqaviləsi olmadan işlədim. Mən pulu nə vaxt alacağımı deyəndə mənə işi bitirəndən sonra pulun ödəniləcəyini dedilər. Mən təxmin 10 gün sonra işi təhvil verdikdən sonra pulumu istəyəndə orada İlhamın köməkçisi işləyən Aqil məni təxminən 1 ay bu gün-sabah deyib süründürdü. Ondan sonra mən MTK-nın rəhbəri İlhamla əlaqə saxladım. O da yalandan vədlər verib pulu verəcəyini bildirsə də, məni aldatdı və pulumu vermədi. Mən ona yenə zəng edəndə mənə “sənin deyəsən ölümün çatıb” dedikdən sonra növbəti zəngdə onun səsini yazdım və bu dəfə də məni İlham təhqir etdi. Bundan sonra Aqil mənə zəng edib “sən kimə rast gəldiyini bilmirsən, gəl ofisə" desə də, mən pulumu karta göndərmələrini və ora getməyəcəyimi bildirdim. Mənim haqqım olan 3000 manatın mənə ödənilməsinə köməklik edilməsini xahiş edirəm” Sabunçu rayon prokurorunun böyük köməkçisi Elçin Mahmudov tərəfindən tərtib edilmiş arayışından görünür ki, Şəxs şirkətinin direktoru X4 istifadəsində olan 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələrinə dəfələrlə zəng edib izahat verməsi üçün rayon prokurorluğuna dəvət edilsə də, o, əvvəllər izahat vermək üçün gəlməyəcəyini bildirmiş, sonra isə ümumumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Sabunçu rayon prokurorunun böyük köməkçisi Elçin Mahmudov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X11 tərəfindən rayon prokurorluğuna göndərilmiş CD diskə baxış zamamı müəyyən edilmişdir ki, "xxxx" MTK-nın rəhbəri X1 Məmmdovla danışıq zamanı sonuncuya pulunun ödəniləcəyini vəd edir. “X2 Sistemi”nin “Elektron sorğu" bölməsindən əldə edilmiş çıxarışdan görünür ki, X5 Şəxs MTK və həmin MTK-nın direktoru X8 ilə arasında hər hansı əmək müqaviləsinin bağlanması barədə heç bir məlumat aşkar edilməmişdir. Sabunçu rayon prokurorunun böyük köməkçisi Elçin Mahmudov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 411 M/25 nömrəli toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə 17:35 saatdan 17:40 saatadək “X2 Sistemi"nin “Elektron sorğu” bölməsindən əldə edilmiş “MTK-REAL" MTK-nın əmək müqaviləsi məlumatlarına baxış keçirilmişdir. Baxış aparılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texnikadan istifadə olunmamışdır. “X2 Sistemi”nin “Elektron sorğu" bölməsindən əldə edilmiş Şəxs MTK-nın əmək müqaviləsi məlumatlarına baxış aparılan zaman X5 Şəxs MTK və həmin MTK-nın direktoru X8 ilə arasında əmək müqaviləsinin bağlanması barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hüquqi şəxs Şəxs ilk dəfə eyni xarakterli inzibati xətaya görə məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar