Məhkəmə qərarları › İş №3(001)-4182/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4182/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4182/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13000-0862/21 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Gömrük Əməliyyatları İdarəsinin Tranzit şöbəsindən daxil olmuş 24.11.2021-ci il tarixli 34/012/004571 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, **********1590 saylı gömrük bəyannaməsi üzrə ixracatçı Rusiya Federasiyasının OOO “Ruslan” şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə İran İslam Respublikasının “Modiriate Saderat va Tejarat e Datis Alborz” şirkətinin ünvanına göndərilən taxta yükündən ibarət malların faktiki miqdarı ilə mal müşayiət sənədlərində göstərilmiş miqdarı arasında ziddiyyət yaranmışdır. Belə ki, malların faktiki miqdarının 101,094 m3 həcmində olmasına baxmayaraq mal müşayiət sənədlərində malların miqdarı 98,057 m3 kimi göstərilmişdir. Həmin malların Azərbaycan Respublikasındakı hərəkətinə nəzarət öz aralarında olan müvafiq razılaşma üzrə hüquqi şəxs Şəxs MMC tərəfindən həyata keçirilir və bu təqdim edilmiş **********1590 saylı gömrük bəyannaməsinin 8-ci qrafasında öz əksini tapmışdır. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.3-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 24.11.2021-ci il tarixdə "xxxx" MMC barəsində 13000-0862/21 saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X4 məhkəmə iclasında "xxxx" MMC İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13000-0862/21 saylı inzibati xəta haqqında protokola etiraz etmədiyini, inzibati xətanın MMC tərəfindən törədildiyini etiraf etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş 24.11.2021-cu il tarixli 13000-0862/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Gömrük Əməliyyatları İdarəsinin Tranzit şöbəsindən daxil olmuş 24.11.2021-ci il tarixli 34/012/004571 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, **********1590 saylı gömrük bəyannaməsi üzrə ixracatçı Rusiya Federasiyasının OOO “Ruslan” şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə İran İslam Respublikasının “Modiriate Saderat va Tejarat e Datis Alborz” şirkətinin ünvanına göndərilən taxta yükündən ibarət malların faktiki miqdarı ilə mal müşayiət sənədlərində göstərilmiş miqdarı arasında ziddiyyət yaranmışdır. Belə ki, malların faktiki miqdarının 101,094 m3 həcmində olmasına baxmayaraq mal müşayiət sənədlərində malların miqdarı 98,057 m3 kimi göstərilmişdir. Həmin malların Azərbaycan Respublikasındakı hərəkətinə nəzarət öz aralarında olan müvafiq razılaşma üzrə hüquqi şəxs Şəxs MMC tərəfindən həyata keçirilir və bu təqdim edilmiş **********1590 saylı gömrük bəyannaməsinin 8-ci qrafasında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Kingvood” MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Bununla da "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 482.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 000 (min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar