Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4184/2021 24.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, xx.xx.1975-ci il tarixdə Naxçıvan MR Şərur rayonu Maxta kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyat olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş 16.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 18.08.2021 və 23.08.2021-ci il tarixlərdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 12-də yaşayan Ə.Y.Sultanəhmədovun Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 18, fərdi yaşayış evində qarşısında ona məxsus yarımtikilini dağıdaraq 2143,8 manat ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şəxs 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, əri X1 təxminən 1 ilə yaxındır ki, vəfat etmişdir. Ərinin adına Xocəsən Bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli 25/24 nömrəli qərarına əsasən 300 kv/m torpaq sahəsi olub. Əri sağ olan vaxtdan Əhməd və adını bilmədiyi şəxslər həmin ünvana gələrək özlərini Qarabağ əlilləri kimi təqdim edərək torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdirlər. Təxminən 2 aya yaxındır ki, torpaq sahəsində Kamran adlı şəxs tərəfindən tikinti işləri aparılır. Bu barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilmişdir. 17 avqust 2021-ci ilin tarixli Binəqədi rayon Məhkəməsinin 2(001)-6642/2021-ci tarixli qərarına əsasən həmin torpaq sahəsində proses başa çatana qədər tikinti işləri dayandırılmışdır. Lakin buna baxmayaraq Kamran adlı şəxs tikinti işlərini davam etdirərərk məhkəmənin qərarının icrasına məhəl qoymayır. Ona görə də o, 18.08.2021 və 23.08.2021-ci il tarixdə orada işləyən usta və fəhlələr işlərini qurtarıb getdikdən sonra dəmir parçası ilə yarımtikilini qəsdən dağıtmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18.10.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Binəqədi RPİ-nin 40-cı PB-nə göndərilmişdir 16.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.08.2021 və 23.08.2021-ci il tarixlərdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 12-də yağayan Ə.Y.Sultanəhmədovun Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi,, döngə 18, fərdi yaşayış evində qarşısında ona məxsus yarımtikilini dağıdaraq 2143,8 manat ziyan vurmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxsnun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə-yəni 2143,8 (iki min yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4184/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4184/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver