Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4187/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon X1 Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cəmiyyət xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddətdə göndərməmişdir. İşə baxılmasının yeri və vaxtının bildirilməsinə baxmayaraq Bakı şəhəri Səbail rayon X1 Şöbəsinin və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə baxılmasının yeri və vaxtının Bakı şəhəri Səbail rayon X1 Şöbəsinə və hüquqi şəxs Şəxs MMC-yə vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmadığını nəzərə alıb, işə Bakı şəhəri Səbail rayon X1 Şöbəsinin və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi şəxs Şəxs MMC-in direktoru A.H.Abbasov protokola dair etiraz göndərərək bildirmişdir ki, Şəxs MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icarə müqaviləsindən görünür ki, Şəxs MMC mülkiyyətində olan «Ford Cargo» markalı 90JJ220 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə icarə vermişdir. Həmin müqavilənin 2.17-ci bəndinə əsasən icarəçi sərəncamında olduğu müddətdə sürücü və operatorlar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində məsuliyyəti və tərtib olunmuş inzibati xəta haqqında protokolda müəyyən edilmiş (qərarda) cərimələri 7 gün ərzində ödəməyi öz öhdəsinə götürür. Şəxs MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icarə müqaviləsi nəzərə alınması üçün Baş X1 İdarəsinə xx.xx.2022-ci ildə rəsmi qaydada təqdim edilmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: İcarəyə verən Şəxs MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icarə müqaviləsindən görünür ki, Şəxs MMC mülkiyyətində olan «Ford Cargo» markalı 90JJ220 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 2.17-ci bəndinə əsasən icarəçi sərəncamında olduğu müddətdə sürücü və operatorlar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində məsuliyyəti və tərtib olunmuş inzibati xəta haqqında protokolda müəyyən edilmiş (qərarda) cərimələri 7 gün ərzində ödəməyi öz öhdəsinə götürür. Şəxs MMC-in "xxxx" MMC-yə və Baş X1 İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan və onun ünvan sahibinə çatdırılmasını təsdiq edən qəbzdən görünür ki, cəmiyyət mülkiyyətdə olan və xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmiş nəqliyyat vasitələri, o cümlədən «Ford Cargo» markalı 90JJ220 dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumatı Baş X1 İdarəsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə işdən görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icarə müqaviləsi bağlanmış və Şəxs MMC mülkiyyətində olan «Ford Cargo» markalı 90JJ220 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə icarə vermişdir. Avtomobil "xxxx" MMC-in istifadəsində olduğu müddətdə nəqliyyat vasitəsini idarə etmiş sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta törədilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.17-ci bəndinə əsasən bu halda cəriməni icarəçi ödəməlidir. Şəxs MMC «Ford Cargo» markalı 90JJ220 dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi barədə məlumatı Baş X1 İdarəsinə rəsmi qaydada təqdim etdiyindən Bakı şəhəri Səbail rayon X1 Şöbəsi əsassız olaraq sorğunu Şəxs MMC-yə göndərmiş, sonradan isə həmin cəmiyyət barəsində məlumatın təqdim edilməməsinə görə protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-4187/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4187/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver