Məhkəmə qərarları › İş №3(001)-4201/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4201/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4201/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ruslan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, X1, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə. xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, hal-hazırda subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ruslan Məmmədovun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 23 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, 20 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment ödənilməsi qərara alınmışdır.Borcluya icra sənədinin icrası barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədinin icrası təmin olunmamışdır. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Ruslan Məmmədov borclunun icra sənədini qərəzli olaraq icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, maddi imkanı həmin icra sənədini icra etməyə imkan vermir, protokolda yazılanlar həqiqəti əks etdirmir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X9 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti həmin qərarı icra etməyə imkan vermir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X8 borclunun məhkəmə qərarını qərəzli olaraq icra etmədiyini nəzərə alaraq onun inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, tələbkarın və icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, borclu tərəfindən icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf eməsini, əməlindən peşman olmasını, icra sənədinin icrasına gələcəkdə maneə olmayacağını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs Nizami oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar