Məhkəmə qərarları › İş №3(001)-421/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-421/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-421/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 17.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 17.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmışdır. Belə ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 17.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və protokola əlavə edilmiş sənədlərin surəti təqdim edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, inzibati xəta haqqında protokol və inzibati icraat zamanı toplanmış sənədlər prosessual sənəddir və qeyd edilmiş sənədlərin əslinin məhkəməyə təqdim edilməli olduğu təqdirdə səlahiyyətli orqan tərəfindən yalınız kserosurət təqdim edilmişdir ki, buda işə baxılaraq mahiyyəti üzrə qərar qəbul edilməsini qeyri mümkün edir. Bundan başqa Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 17.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etsə də, həmin protokolun və toplanmış materialların surətini 02 fevral 2022-ci il tarixdə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. İXM-in 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması zamanı işdə kifayət qədər sübutların toplanması məsələsinin həllini həm hakim, həm də səlahiyyətli orqan üçün imperativ norma kimi müəyyən etmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 17.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş 17.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar