Məhkəmə qərarları › İş №3(001)-4231/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4231/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4231/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X2 Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məlum olmuşdur ki, BŞDYPİ tərəfindən ona xx.xx.2025-ci il tarixli, EQ 27272758 nömrəli protokol üzrə həmin tarixdə inzibati tənbeh vermə haqqında nömrəsiz qərar qəbul edilmişdir. Qeyd edilən qərarı xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir. BŞDYPİ-nin əməkdaşı tərəfindən təqdim edilmiş qərardan həmin qərarın çap edildiyi tarix bu faktı təsdiq edir. Aşağıda göstərilən səbəblərdən Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" nömrəsiz, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalıdır. Belə ki, qeyd edilən qərarda xx.xx.2025-ci il tarixdə, saat 12:56-da “Hyundai Santafe2 markalı, 90- MP-199 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetoforun və ya nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirməsi göstərilmişdir. Lakin “Hyundai Santafe" markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini göstərilən tarixdə idarə edən şəxs o olmamışdır. Həmin avtomobil bacısı Rəsulova (Əmiraslanova) Ülviyyə Mahir qızına məxsus olmaqla və adına qeydə alınmaqla bacısının həyat yoldaşı X10 tərəfindən idarə olunmaqdadır. Bacısı tərəfindən həmin avtomobili idarə etmək üçün ona etibarnamə verilsə də, o, çox təsadüf hallarda “Hyundai Santafe” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Yəni Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin inzibati tənbeh vermə haqqında” nömrəsiz, xx.xx.2025-ci il tarixli qərarının barəsində tərtib edilməsi tamamən əsassızdır. Bundan başqa həmçinin onu da qeyd edir ki, “asanpay” sisteminə yüklənən hər üç (3) foto qeyd edilən avtomobilin svetoforun sarı və ya qırmızı işığı yanan anda keçməsi faktı ümumiyyətlə öz təsdiqini tapmır. Yalnız avtomobilin digər avtomobillərlə birlikdə fotosu vardır. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə və şikayətçi X3 məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsinin və X1 əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş onlara çatdırılmışdır. Buna baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Bu səbəbdən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Əmiraslanov Vüsal gəlir Mahir oğlu tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** MP *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” minik markalı avtomobil X4 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “HYUNDAİ SANTA FE” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək X7 tərəfindən X8 etibar edilmişdir və etibarnamənin müddəti xx.xx.2030-cu il tarixədək müəyyən edilmişdir. X10 tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X10 qeyd edilən avtomobilin onun tərəfindən idarə olunduğunu və həmçinin xx.xx.2025-ci il tarixdə də onun tərəfindən idarə olunduğunu bildirmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 11 aprel 2025-ci il tarixli, EQ 27272758 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərara əlavə edilmiş sənədlər tədiq edilərkən müəyyən olundu ki, “HYUNDAİ SANTA FE” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə dair mülkiyyətçi tərəfindən X8 xx.xx.2023-cü il tarixdən 05 sentyabr 2030-cu il tarixə qədər qüvvədə olan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə verilmişdir. 11 aprel 2025-ci il tarixli, EQ 27272758 saylı inzibati tənbeh vermə haqqında qərar həmin nəqliyyat vasitəsi ilə inzibati xəta törədən X10 barəsində deyil, X5 barəsində qəbul edilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən göstərilən xüsusatlar tam olaraq araşdırılmamış, inzibati xətanın subyekti olmayan şəxs barəsində qərar qəbul edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli -əxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: -inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati Xətalar Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərindən də, göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Bundan əlavə, inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar göstərilməli, eyni zamanda inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməlidir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar