Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4236/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:50 radələrində Binəqədi rayonu, Ə.Qarayev küçəsində polisin qanuni tələbinə tabesizlik edərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Ə.Qarayev küçəsində Şəxs polisin qanuni tələbinə tabesizlik edərək polis əməkdaşlarını söymüşdür. Həmin şəxsi məcburi qaydada bölməyə aparmışlar. PB-də həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində Ə.Qarayev küçəsində qardaşı və ailəsi ilə evə gedərkən bir neçə gəncin məhlədə durub söyüş söydüklərini görmüş, onlara irad bildirmiş, aralarında münaqişə yaranmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq mübahisəni dayandırmalarını tələb etmişlər. O, içkili olduğu üçün polis əməkdaşlarını özündən aslı olmayan səbəblərə görə söyməyə başlamışdır. Anlaşılmazlıq nəticəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə onu 43-cü Polis Bölməsinə aparmışlar. O, əməlindən peşmandır, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0772082 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZA №000565 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə 21:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Ə.Qarayev küçəsində polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən saat 21:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-4236/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4236/2020
20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver