Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4237/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 06 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon məhkəməsinin icraatına Binəqədi RPİ DYPŞ tərəfindən Şəxs barəsində tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə ona 6 manat dəbbə pulu hesablanmışdır. Daha sonra Şəxs barəsində 06 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün xx.xx.2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə işə baxarkən iş üzrə icraata xitam verilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının DİN-in DYPİ-in veb portalından edilmiş çıxarışın surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə ona 6 manat dəbbə pulu hesablanmışdır. Məlum olduğu kimi, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Hazırkı halda törədilməsi bildirilən inzibati xəta hadisəsi uzanan inzibati xəta olmaqla xx.xx.2023-cü ildə (qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçdikdən sonra) başlamış və xx.xx.2023-cü il tarixədək (inzibati məsuliyyətə cəlb etmə müddəti ötənədək), yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Belə ki, “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” (İXM, maddə 529.3) növünə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, cərimə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixdə inzibati xəta hadisəsi baş vermiş olur və Şəxs bu inzibati xətaya görə ən geci xx.xx.2023-cü il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Halbuki, Binəqədi RPİ DYPŞ-dən tərəfindən Şəxs barəsində tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol 24 oktyabr 2023-cü il tarixdə (inzibati məsuliyyətə cəlbetmə müddəti ötdükdən sonra) məhkəmənin icraatına daxil olmuş, işə baxılarkən isə cəlb etmə müddəti ötmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi gündən üç ay keçdiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Binəqədi RPİ DYPŞ-dən tərəfindən Şəxs barəsində tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-4237/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4237/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver