Məhkəmə qərarları › İş №3(001)-4239/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4239/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4239/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Şəxs baş direktoru Tağı Xaliqli tərəfindən məhkəməyə vəsatətlər verilərək Vahid məlumat reyestrində qeydə alınmadan aparılan nəzarət çərçivəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xətalar haqqında protokolun hüquqi nəticəsi olmadığım əsas tutaraq bu protokol əsasında Şəxs barəsində məsuliyyət tədbirləri tətbiq olunmasından imtina olunmasına və beləliklə də iş üzrə icraata xitam verilməsinə, eləcə də Dövlət Vergi Xidmətinin əməkdaşlarının əməllərində İXM-in 602.1-ci maddəsinin əlamətləri olduğundan onların barəsində inzibati iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Vəsatətlər onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini, vergi xidməti müşaviri Araz Kərimov tərəfindən elektron ünvanlarına xx xxxxxxx 2020-ci il tarixində göndərilmiş “Sənədlərin göndərilməsi haqqında” məktubda Şəxs fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, X5 pr., ev 3078-ci məhəllə ünvanında yerləşən obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar vergi orqanı əməkdaşları tərəfindən nəzarət həyata keçirildiyi, nəzarət tədbiri nəticəsində İXM-in 211.2-ci maddəsinin tələblərinin pozulması faktının aşkar olunmasına və barəmizdə xx.xx.2020-ci il tarixində MN seriyalı ******* nömrəli İnzibati Xətalar haqqında” protokol tərtib edildiyinə istinad olunaraq sözügedən protokolun surəti bizə göndərilməklə barəmizdə tərtib edilən “İnzibati Xətalar haqqında protokolun baxılması və inzibati qaydada tədbir görülməsi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərildiyi qeyd olunmuşdur. Tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati Xətalar haqqında” protokol qanunsuz olmaqla bu protokola istinadən Şəxs barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinin tələbinə görə bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqi ər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən yuxarıda sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan maddi hüquq normalarının tələblərindən görünür ki, barəmizdə inzibati xəta haqqında protokol tərtib etmiş vergi orqanının əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 2.1 və 3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq yoxlamaların (o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digərləri) vahid məlumat reyestrində qeydə alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyimiz yerə gəlməklə müvafiq protokol tərtib etmişlər ki, bu qanunsuz protokol əsasında Şəxsnə qarşı hər hansı bir məsuliyyət tədbrlərinin tətbiq edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsinin tələbinə ziddir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, yuxanda istinad edilən qanunun 13-cü maddəsinin tələbinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Yoxlamaların, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə aparılan müşahidələrin, təftişlərin, nəzarətlərin, baxışların, reydlərin və s. həyata keçirilməsinə hüquqi əsas olan yoxlamaların vahid məlumat reyestrinin formasını və aparılması qaydalarını tənzimləyən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsini ehtiva edən xx.xx.2011-ci il tarixli, 383 № li fərmanla təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1- ci bəndinin tələbinə görə bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasının, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin 1.2-ci bəndinin tələbinə görə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi dövlət informasiya ehtiyatıdır. Qeyd olunan Əsasnamənin 1.5-ci bəndinin tələbinə görə Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər, həmin Əsasnamənin 7-ci bəndinin tələbinə görə Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənlərlə yanaşı nəzərə çatdırılması zəruridir ki, qanunverici sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasım inzibati xəta kimi sanksiyalaşdırmışdır. Belə ki, İXM-in 602.1-ci maddəsinin tələbinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılması inzibati xəta hadisəsi hesab edilir və bu xətaya yol vermiş orqanın vəzifəli şəxslərinə min manatdan min beş yüz manatadək məbləğdə inzibati cərimə edilirlər. Göründüyü kimi, barələrində İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında heç bir hüquqi nəticəsi olmayan protokol tərtib edən vergi orqanının əməkdaşları yuxarıda sözügedən qanunun 2-ci və 3-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla yanaşı İXM-in 602.1-ci maddəsində təsbit olunan inzibati xətanı datörətmişlər. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş vergi orqanının əməkdaşlarının İXM-in 602.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görülməlidir. Yuxarıda sadalanan xüsusatlara, eləcə də istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirik ki, barəmizdə tərtib edilən “inzibat xətalar haqqında” protokol yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan araşdırma (nəzarət) əsasında tərtib olunmuşdur ki, bu halda Şəxs barəsində hər hansı bir məsuliyyətə tədbirlərinin tətbiq edilməsini istisna etməklə həmin protokolun hüquqi nəticəsi yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 2-ci, 3-cü və 33.2.2-ci maddələrinin, eləcə də yuxarıda istinad edilən Əsasnamənin tələbləri çərçivəsində vahid məlumat reyestrində qeydə alınmış araşdırmanın yoxlama, baxış, reyd, (nəzarət) və s. nəticəsində inzibati xətanın əlamətləri aşkar olunduqda İXM-də müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar çıxarıla bilər. İstinad edilən qanunun 35-ci maddəsinin tələbinə görə yoxlayıcılar bu Qanunun yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurlarının pozulmasına, habelə yoxlamalar aparılarkən, vəzifə borclarını yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərini aşmasına və sahibkara vurulan zərərə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Sahibkar yoxlayıcı orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmasından inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X2 vəsatəti müdafiə edib, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs məsuliyyətə cəlb edilə bilməz. Çünki inzibati xəta haqqında protokol tərtib etmiş vergi orqanının əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 2.1 və 3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyimiz yerə gəlməklə müvafiq protokol tərtib etmişlər ki, bu qanunsuz protokol əsasında Şəxs MMC-yə qarşı hər hansı bir məsuliyyət tədbrlərinin tətbiq edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsinin tələbinə ziddir. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsi və Dövlət Vergi Xidmətinin əməkdaşlarının əməllərində İXM-in 602.1-ci maddəsinin əlamətləri olduğundan onların barəsində inzibati iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəxsnə baxış keçirilən zaman, həmin yerdə kassaların qarşısında insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməməsi və fərdi qoruyucu maskalardan istifadə olunmaması faktı aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, X5, ev 3078-ci məhəllə ünvanında yerləşən Şəxsndə “Epidemiya əleyhinə sanitariya-gigiyena və karantin rejimi dövründə obyektdə insanlar arasında ara məsafəsinin gözlənilməməsi və fərdi qoruyucu maskalardan istifadə olunmaması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, nümayəndənin fikrini dinləyib, iş materiallarını əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və Şəxs baş direktoru Tağı Xaliqli tərəfindən verilmiş vəsatətlər təmin edilməməlidir. Belə ki, Şəxs tərəfindən verilmiş vəsatətdə Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qanuna zidd olaraq sahibkarlıq sahəsində vergi nəzarəti qaydasında yoxlamaların keçirilməsi əsas gətirilərək tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olması və həmin inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, iş materiallarından müəyyən edilmişdir ki, Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövrü ilə bağlı mövcud qaydaları pozması səbəbindən olmuşdur. Habelə qeyd etməyi zəruri hesab edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama, yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu olmaqla yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Digər tərəfdən qeyd edilməlidir ki, Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövrü il bağlı qaydaların pozulmasına görə inzibati icraat aparıla bilər. Çünki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından İXM-in 211 (sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə), 405 (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə), 430.1 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda), 430.2, 460, 461, 467, 545 və 598-ci (hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti vardır. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Şəxsnə məxsus obyektdə sahibkarlıq sahəsində yoxlama aparmamış, səlahiyyətli orqan tərəfindən İXM və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə üzərinə qoyulmuş vəzifələr icra olunmuşdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzun ömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli “Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair” Qaydalarının 4-cü bəndinə əsasən xidmət göstərən personal xüsusi geyim vasitələri ilə təmin edilməlidir. İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən qaydalar Şəxs tərəfindən pozulmuşdur. Beləliklə, Şəxs İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs qismində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs tərəfindən verilmiş vəsatətlər təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən verilmiş vəsatətlər təmin edilməsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar