Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-424/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqşünası X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN №0688037 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxsndə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs X8 iş və xidmətlərə cəlb olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN №0688037 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, vətəndaş X6 ərizəsi əsasında protokol tərtib edilmişdir. Vətəndaş V.Hətəmov ilə telefon vasitəsilə əlaqə yaratmaq istəsələr də mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqşünası X10 Şəxs MTK-da X8 adında işçinin işləmədiyini bildirərək, Dövlət Əmək Müfəttişliyi Xidmətinin hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərməsinin qanunsuz olduğunu qeyd etmişdir. Qeyd olunan halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında bildirmişdir ki, heç vaxt Şəxs MTK-da işləməmiş, belə bir hüquqi şəxsin olduğundan xəbərsizdir. V.Hətəmov tərəfindən yazılmış ərizədən xəbəri yoxdur. Ərizədəki imza ona məxsus deyildir. İmzanın kim tərəfindən çəkildiyini bilmir. V.Hətəmov 6 ay əvvəl onu harasa işə düzəltmək adı ilə şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür, laki nonu heç yerə işə düzəltməmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, MN №0688037 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 Şəxs” MTK-da əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb edilmişdir. Nəticədə Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan vətəndaş X6 ərizəsindən görünür ki, o, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, Şəxs MTK-da iş yoldaşları ilə birlikdə işə cəlb olunduqlarını, lakin əmək haqqılarının verilmədiyini bildirmişdir. Ərizəni vətəndaş X11 və X8 imzalamışlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Şəxs MTK-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin sorğusuna cavabından görünür ki, vətəndaş X6 şikayət ərizəsində adları çəkilən işçilələrlə əmək müqavilələri bağlandıqdan və müvafiq bildirişlər verildikdən sonra işə buraxılmışlar və onların müraciətləri əsasında işdən azad edilmişlər. Şikayət ərizəsində adları çəkilənlərdən yalnız iki nəfər X7 və X5 Dövlət Əmək Müfəttişliyinə ərizə daxil olan müddətdə işlərinə davam etmişlər. X1 xx.xx.2020-ci il tarixində ərizəsi əsasında işdən azad olunmuşdur. Onun son haqq hesabı hesablanaraq kassa məxaric orderi həmin gün ödənmişdir. Şikayət ərizəsində adı qeyd olunan X8 isə MTK-nın işçşisi olmamışdır və bu səbəbdən onun şikayəti əsasızdır. Ümumiyyətlə Şəxs MTK-nın rəhbərliyinin göstərişi və mövcud qanunvericiliyin tələbləri əsasında, əmək müqavilələri bağlandıqdan və müvafiq bildirişlər verildikdən sonar işçilər tikinti sahələrinə buraxılırlar. Belə olmayan halda, onlar tikinti sahələrində iş icraçıları, briqadirlər və texniki təhlükəsizlik mühəndisləri tərəfindən dərhal sahələrdən xaric olunurlar. İş materiallarında olan X2 ərizəsindən məlum olur ki, o, Şəxs MTK-da işləməmiş, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış ərizədən xəbəri yoxdur. Məhkəmə hesab edir ki, hazırkı məqamda MTK-nın əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun. İş materiallarından aydın olur ki, Şəxs MTK tərəfindən X2 əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs MTK-da ümumiyyətlə X8 adında işçi işləməmişdir. Qeyd olunan hallar Şəxs MTK-nın əməlində İXM-nin 192.1-ci maddəsi üzrə tərkibin olmamasına dəlalət edir. Bundan başqa iş materiallarına əlavə edilmiş X6 Dövlət Əmək Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı məlumatdan aydın olur ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəxs MTK-da qəlibçi işləmişdir. X8 da onunla 2020-ci ilin oktyabr ayının sonunda 12 gün Şəxs MTK-da fəhlə işləmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan ərizədə göstərilən məlumatlar doğru məlumat kimi qəbul edildiyi təqdirdə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İXMin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MTK-nın əməlində inzibati xəta tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, MN №0688037 saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-424/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-424/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver