Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4246/2021 28.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi-vəkili (Bakı şəhəri 14 saylı Vəkil Bürosü) Vəkil, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakları ilə, X2 inzibati tənbeh olunmasına dair Bakı Baş Gömrük İdarəsinin 18.11.2021-ci il tarixli, 00100/2261 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icratta xitam verilməsi, malları götürmək üçün məcburiyyətdə qalaraq ödədiyi 6242,50 manatın ona geri qartarılmasına dair verilmiş şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 inzibati tənbeh olunmasına dair Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 18.11.2021-ci il tarixli, 00100/2261 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə icratta xitam verilməsi, malları götürmək üçün məcburiyyətdə qalaraq ödədiyi 6242,50 manatın ona geri qartarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi R.V.Abdullayev məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq şikayətçi R.V.Abdullayevin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi-vəkili Vəkil bildirmişdir ki, X5 “SRS X12 İnverstment Powder Plaster” adlı kodu ******* olan malı Türkiyə Respublikasının “CBS X11 San.Tic.LTD. STL.” şirkətindən şifariş etmişdir. Həmin şirkət sözügedən malı məhz məhsulu hazırlayan İngiltərənin “Specialist Refractory Services” şirkətindən idxal etmişdir. Həmin malın mənşə ölkə kodu da ******* olmuş, mal həmin malın istehsalçısı olan İngiltərədən Türkiyəyə də həmin kod altında idxal edilmişdir. Həmin malın mənşə şəhadətnaməsində sertifikatında da məhsulun kodu ******* göstərilmişdir. Həmin məhsulla bağlı gömrük rəsmiləşdirilməsi zamanı Ruslan Abdullayev tərəfindən həmin məhsulun kodu qeyd ediləndə XİF MN üzrə həmin kod altında gipsli bağlayıcıların nəzərdə tutulduğu müəyyən edilmişdir. Buna görə də Ruslan Abdullayev malı bəyan edən zaman malın mənşə koduna uyğun olaraq həmin malı gipsli bağlayıcılar olaraq bəyan etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Ruslan Abdullayevlə razılaşmamış, əsassız olaraq R.Abdullayev barəsində inzibati icraat başlanılmış, müvafiq ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, guya R.Abdullayev qərəzli olaraq malı düzgün bəyan etməmiş, əslində həmin mal odadavamlı qarışıq olub XİF MN üzrə 381600 000 0 alt yarımqrupda sinifləndirilmişdir. Buna görə də, R.Abdullayev İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, malın 50 faizi miqdarında 6242,50 manat məbləğində cərimə olunmuşdur. Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin cəriməni ödəmədiyi təqdirdə malların R.Abdullayevə verilməyəcəyi bildirildiyindən məcbur qalaraq əsassız və qanunsuz cəriməni ödəyərək mallarını idarədən almışdır. Bundan başqa məhsulun özünün mənşə şəhadətnaməsindəsertifikatında toz halında gipsdən söhbət gedir. Ümumiyyətlə isə gipsli bağlayıcının müxtəlif formalarda həm toz, həm də yarımsulu halında olması mümkündür və istisna edilmir. X7 isə rəyində həmin malın odadavamlı qarışıq olduğunu bildirmiş, daha sonra isə rəyə dair verdiyi dəqiqləşdirici məktubunda sadəcə ümumi şəkildə göstərmişdir ki, gipsli bağlayıcılar dedikdə yarımsulu gips nəzərdə tutulur. Halbuki sözügedən məktubda X7 özü R.Abdullayevin bəyan etdiyi malın 30 faizinin yarımsulu gips əsaslı toz olduğunu göstərmişdir. Ona görə də, X2 inzibati tənbeh olunmasına dair Bakı Baş Gömrük İdarəsinin 18.11.2021-ci il tarixli, 00100/2261 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə, həmçinin R.Abdullayev mallarını götürmək üçün məcburiyyət qarşısında qalıb ödədiyi 6242,50 manatın qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, 15.11 2021-ci il tarixdə onun tərəfindən X5 barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə 00100-2328/21 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Belə ki, Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş raporta əsasən Türkiyə Respublikasından idxalatçı X2 adına 34KZ2678/34RZ1361 nömrə nişanlı yük avtomaşınında CBS **********235 nömrəli 14.10.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş mallar Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı gömrük bəyannaməsində XİFMN üzrə 252020 00000 kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş gipsli bağlayıcılar yükünün XİFMN üzrə hansı kod altında sinifləşdiriliyinin müəyyən edilməsi məqsədilə X7 İdarəsinə məktubla müraciət olunmuş və müəyyən olunmuşdur ki, Ruslan Abdullayev ünvanına CBS**********235 nömrəli, 14.10.2021-ci il tarixli invoys üzrə idxal olunan yük “SRS X12 İnverstment Powder Plaster” adlı kalsium sulfat, silisium dioksid əsaslı zərgərlik məlumatlarının mum modellərinin tökmə üsulu ilə formaların hazırlanmasında istifadəsi nəzərdə tutulan oda davamlı qarışıq olub XİFMN-ə görə 381600 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Beləliklə araşdırma zamanı idxalatçı Ruslan Abdullayevin adına Türkiyə Respublikasından idxal etdiyi, Azərbaycan Respublikası Ticarət və X4 Birliyinin 175 nömrəli ekspert aktına əsasən orta bazar qiyməti cəmi 12485 manat olan Böyük Britaniya istehsalı olan “SRS X12 İnverstment Powder Plaster” adlı kalsium sulfat, silisium dioksid əsaslı zərgərlik məlumatlarının mum modellərinin tökmə üsulu ilə formaların hazırlanmasında istifadəsi nəzərdə tutulan oda davamlı qarışıq yükünü gömrük orqanına **********3697 sorğu nömrəli, 21.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “Gipsli bağlayıcılar” adı ilə düzgün bəyan etməyərək Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində qeyd edilən xətanı törətdiyi müəyyən edilmiş və onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən şikayət əsassız olduğundan onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 18.11.2021-ci il tarixli, 00100/2261 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti, orta bazar qiyməti cəmi 12485 manat olan, 2 adda dərman tərkibli kremlərin dəyərinin 50 %-i miqdarında, yəni 6242,50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən şikayətdə göstərilən dəlillər əsasızdır və iş materiallarına 00100/2261 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş raporta əsasən Türkiyə Respublikasından idxalatçı X2 adına 34KZ2678/34RZ1361 nömrə nişanlı yük avtomaşınında CBS **********235 nömrəli 14.10.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş mallar Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı gömrük bəyannaməsində XİFMN üzrə 252020 00000 kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş gipsli bağlayıcılar yükünün XİFMN üzrə hansı kod altında sinifləşdiriliyinin müəyyən edilməsi məqsədilə X7 İdarəsinə məktubla müraciət olunmuş və müəyyən olunmuşdur ki, Ruslan Abdullayev ünvanına CBS**********235 nömrəli, 14.10.2021-ci il tarixli invoys üzrə idxal olunan yük “SRS X12 İnverstment Powder Plaster” adlı kalsium sulfat, silisium dioksid əsaslı zərgərlik məlumatlarının mum modellərinin tökmə üsulu ilə formaların hazırlanmasında istifadəsi nəzərdə tutulan oda davamlı qarışıq olub XİFMN-ə görə 381600 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Buna görə də məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə qəbul edilən 18.11.2021-ci il tarixli, 00100/2261 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 inzibati tənbeh olunmasına dair Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 18.11.2021-ci il tarixli, 00100/2261 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 18.11.2021-ci il tarixli, 00100/2261 nömrəli inzibati tənbeh vermə haqqında qərarının verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4246/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4246/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver