Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4263/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli – himayəsində 1 yetkinlik yaşına çatmayan övladı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Harami küçəsində xx.xx.2025-ci il tarixdə saat 15:30-da saxlanılmış üzərindən 01 ədəd ağ sellofana bükülmüş çəkisi 0.021 qram olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Harami küçəsində xx.xx.2025-ci il tarixdə saat 15:30-da saxlanılmış üzərindən 01 ədəd ağ sellofana bükülmüş çəkisi 0.021 qram olan heroin aşkar edilərək götürülmüşdür. Ekspert rəyinə əsasən Şəxs üzərindən götürülmüş maddə narkotik vasitə olan heroindir. Həmçinin, Şəxs narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin 3478 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində AMP (+), MOP (+), MTD (+), BAR (+), MET (+) aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, o, ağrıları olduğu üçün cəmi 2-3 dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, o, ali təhsilli və idmanla məşğul olan şəxsdir. Onurğasında yaranmış yırtıq ağrıları dözülməz olduğundan dostunun məsləhəti ilə narkotik vasitə olan heroindən istifadə etmişdir. Qəti şəkildə narkotik vasitəyə qarşı aludəçiliyi yoxdur, sadəcə ağrılarının azalması və yata bilməsi üçün istifadə etmişdir. Əməlindən peşmandır, bu əməli bir daha təkrarlanmayacaqdır. Himayəsində 15 yaşlı uşağı var. Qeyd etdiklərinin nəzərə alınmasını və ona inzibati həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2122 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №173” dairəvi möhür əksi olan, 1)R.Əhmədli “imza”, 2)Orucov (ad oxunmur) “imza” 3)Sərdar (soyad oxunmur) “imza”, 4)Qasımov Ayaz “imza”, 5)Şəxs “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.021 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 4-cü PŞ-yə göndərilmişdir. Ambulator X1 dair 3478 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Şəxs opioidlərdən və psixostimulyatorlardan istifadə halları olub. Lakin halhazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktları, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Elektron Məhkəmə İnformasiya Sistemində Şəxs məlumatlarından görünür ki, o əvvəllər oxşar əmələ görə cinayət və inzibati məsuliyyətə cəlb edilməmişdir. Həmçinin, himayəsində 1 yetkinlik yaşına çatmayan övladı var. Beləliklə məhkəmə yekun olaraq qeyd edir ki, Şəxs narkotik vasitəni satış məqsədi olmadan və az miqdarda əldə etmişdir. Onun narkotik vasitələrə aludəçilik səviyyəsində asılılığı yoxdur. Ekspertiza rəyi də şəxsin daimi istifadəçi olmadığını təsdiq etmişdir. Bundan əlavə, şəxs bu inzibati xətanı ilk dəfə törətmişdir, məhkəmə baxışı zamanı isə səmimi peşmançılıq ifadə etmiş, törətdiyi əməlin qanunsuzluğunu və yolverilməzliyini dərk etdiyini bildirmişdir. O, gələcəkdə bu kimi hallara yol verməyəcəyini açıq şəkildə bəyan etmiş və davranışında düzəliş etməyə hazır olduğunu göstərmişdir. Həmçinin onun himayəsində 15 yaşlı övladının olması da sosial vəziyyət baxımından nəzərə alınmalı mühüm hal kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd olunan bütün halları məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır və belə qənaətə gəlir ki, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş sanksiyalardan yalnız cərimə tədbirinin tətbiqi kifayət edəcəkdir. Cərimənin məbləği isə, ən aşağı həddə 300 manat məbləğində edilməlidir ki, bu da həm xətanın xarakterinə, həm şəxsin şəxsiyyətinə, həm də onun səmimi peşmanlığına və sosial vəziyyətinə uyğun, proporsional və humanist yanaşmadır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4263/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4263/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver