Məhkəmə qərarları › İş №3(001)-4276/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4276/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4276/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1968-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivi ünvanında yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07.12.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 7 ünvanda - əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı sakinlərin övladlarının təhsil aldığı məktəbin qabağında vaxtı keçmiş, yəni 2014-cü ildə istehsal olunmuş və istifadə müddəti 2016-cı ildə başa çatmış Çin Xalq Respublikasının istehsalı olan, tərkibi tam məlum olmayan, yaşıl rəngdə saqqıza oxşar şirniyyatı əvvəl reklam məqsədilə pulsuz, sonra isə hər birinin qiyməti 1,50 manat satarkən, vaxtı keçmiş şiniyyatın (saqqızın) məktəblilərin zəhərlənməsinə və bununla da onların həyat üçün təhlükə yarada biləcəyini izah etməsinə və buna görə də onun həmin ərazidən uzaqlaşmasını tələb edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4 tərəfindən 07.12.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək, «Sədərək» ticarət mərkəzindən uzuz qiymətə aldığı - Çin Xalq Respublikasının istehsalı olan, yaşıl rəngdə saqqıza oxşar şirniyyatı əvvəl reklam məqsədilə pulsuz, sonra isə hər birinin qiyməti 1,50 manat satdığını etiraf etmiş, lakin həmin məhsulların vaxtının keçdiyini bilmədiyni göstərmiş, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşını və səhətini nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X5 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs satdığı məhsulların vaxtının keçdiyini bilmədiyni, təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, yaşını və səhətini nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07.12.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 7 ünvanda - əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı sakinlərin övladlarının təhsil aldığı məktəbin qabağında vaxtı keçmiş, yəni 2014-cü ildə istehsal olunmuş və istifadə müddəti 2016-cı ildə başa çatmış Çin Xalq Respublikasının istehsalı olan, tərkibi tam məlum olmayan, yaşıl rəngdə saqqıza oxşar şirniyyatı əvvəl reklam məqsədilə pulsuz, sonra isə hər birinin qiyməti 1,50 manat satarkən, vaxtı keçmiş şiniyyatın (saqqızın) məktəblilərin zəhərlənməsinə və bununla da onların həyat üçün təhlükə yarada biləcəyini izah etməsinə və buna görə də onun həmin ərazidən uzaqlaşmasını tələb edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.Buna görə də, məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığı, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, yaşını və səhətini cəzanı yüngülləşdirən haldır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, lakin eyni zamanda inzibati xətanın xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada tutulmasının əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni 07.12.2021-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar