Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-428/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, 10.07.1988-ci il tarixdə Gürcüstan, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 1EWDZFB Fİn-ə malik olan, X3 inzibati tənbeh edilməsinə dair qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta üzrə işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizing şirkətində qeydiyyatdadır. 06.11.2021 tarixdə X8 küçəsi ilə hərəkət edib svetoforun yaşil işığında qarşıdan gələn avtomobillərə yol verdikdən sonra Azadlıq prospekti ilə kəsişmədən sola, yəni Binəqədi şossesi istiqamətində dönmüş, döndükdən sonra YPX inspektoru X2 ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, «saxla» əmrinə riayət edib, avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlanılmasının səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru X2 ona bildirmişdir ki, 4.1.4 Düzünə və ya sağa hərəkət nişanının tələbini pozmuşdur. O isə etiraz edərək həmin nişanın növbəti yol ayrıcına qədər qüvvədə olduğunu və orada zolaqlarda hərəkət istiqamətlərini bildirən heç bir nişan olmadığını bildirmişdir. Onun inzibati pozuntunu etdiyini tam sübut etmədən, inspektor X2 ona İXP ******* saylı inzibati protokol tərtib etmişdir. O, şikayət edəcəyini desə də protokol tərtib edilmişdir. Həmin qərardan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli qərarı ilə, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 06.11.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ-ə göndərilmişdir. Onun iştirakı ilə işə yenidən baxılaraq heç bir əsas olmadan 26.01.2022-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəfin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində qərəzli qərar qəbul edilmişdir. Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul eilmişdir. Ona görə də Binəqədi rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş 26 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. 16 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Yol hərəkəti haqqında qanunun 65-ci maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokolu qüvvədə saxlamışdır. Sürücü X8 küçəsi ilə hərəkət edərkən yalnız düz və sağ istiqamətdə hərəkətini davam etdirə biləcəyi halda sola Binəqədi şossesi istiqamətinə dönərək Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun “4.1.4” yol hərəkət nişanın tələbini pozmuşdur, əlavə olaraq Binəqədi şossesindəki yol ayrıcında kəsişmə və ayrıca zolaq yoxdur. Şikayətdə göstərilən ayrıca zolaq Azadlıq prospekti ərazisinə aiddir. N.Şərəfovun hal-hazırda qeyd etdiyi xüsusatlar Yol hərəkəti haqqında qanunun 65-ci maddəsin 4-cü bəndinin tələbinə əsaslanır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 26.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “TOYOTA PRİUS minik” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 3(001)- 428/2022 saylı qərarından görünür ki, iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.03.2022-ci il tarixli məlumatından görünür ki, qərarda göstərilən hal yol-nəqliyyat hadisəsi olmadığından qoyulmuş sualların tədqiqi məhkəmə yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətinə aid deyildir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətanın törədilməsi faktı protokol tərtib etmiş şəxsin izahatlarında öz təsdiqini tapır. X5 şikayətində göstərdiyi dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-428/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-428/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver