Məhkəmə qərarları › İş №3(001)-428/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-428/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-428/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı nəzərdən keçirərək müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında iş materialları öyrənilərkən Şəxs hüquqi ünvanının ünvan 1şdiyi müəyyən edilmişdir. belə olan halda müəyyən olunur ki, İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxslərə münasibətdə inzibati xətanın törədilməsi yeri onun hüquqi ünvanı olduğundan, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməli idi. İXM-in 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-in 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 110, 112 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar