Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4280/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı Maqsud Mikayılovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Quba rayonu, Amsar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi nörəsiz fərdi evdə yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitədən istifadənin təsiri altında 07.12.2021-ci il tarixdə saat təxminən 12.00 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin həyətində olan şöbənin balansında olan dövlətə məxsus xidməti avtomobili əlində olan plastik butulkaya doldurduğu benzinlə yandırmaq istəyərkən onu ərazidən uzaqlaşdırmağa çalışan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı Maqsud Mikayılov tərəfindən 08.12.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək əvvəllər narkotik vasitə istifadə etməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən dəfələrlə saxlanıldığına görə onlara qarşı hirsli olduğundan belə bir əmələ yol vermişdir, hal-hazırda təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını və qadın olmasını nəzərə alaraq barəsində mümkün qədər həbslə bağlı olmayan inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X3 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əvvəllər narkotik vasitə istifadə etməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən dəfələrlə saxlanıldığına görə onlara qarşı hirsli olduğundan belə bir əmələ yol verdiyini, hal-hazırda təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını və qadın olmasını nəzərə alaraq barəsində mümkün qədər həbslə bağlı olmayan inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə inspektoru, polis kapitanı Maqsud Mikayılov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitədən istifadənin təsiri altında 07.12.2021-ci il tarixdə saat təxminən 12.00 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin həyətində olan şöbənin balansında olan dövlətə məxsus xidməti avtomobili əlində olan plastik butulkaya döldurduğu benzinlə yandırmaq istəyərkən onu ərazidən uzaqlaşdırmağa çalışan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.Buna görə də, məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığı, il ərzində ilk dəfə inzibati xəta törətməsi və qadın olması cəzanı yüngülləşdirən hallardır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada tutulmasının əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni 07.12.2021-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4280/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4280/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver