Məhkəmə qərarları › İş №3(001)-4283/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4283/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4283/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-nin 206-cı maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 05:30 radələrində Binəqədi RPİ-nin PPXB əməkdaşları tərəfindən Şəxs yolun hərəkət hissəsində hərəkət edən avtomobillərin hərəkətinə maneçilik yaratdığını görmüşlər. Şəxs yaxınlaşan zaman onun suallara dolğun cavab verməkdə çətinlik çəkdiyini müşayiət etmişlər. Sonuncunun narkotik vasitə istifadəçisi olmasından şübhələndiklərindən Şəxs polis bölməsinə gətirmişdirlər. Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş və ondan götürülmüş sidik nümunəsində AMP (+), OPİ (+) aşkar edilmişdir. Şəxs özü də 10 gün əvvəl yaşadığı üvnada narkotik vasitə istifadə etməsini səmimi etiraf etmişdir. Odur ki, sonuncu barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs bildirdiyinə görə narkotik vasitəni Abşeron rayonu ərazisində qəbul etmişdir, lakin şəxs Binəqədi Rayonu ərazisində saxlanıldığından müvafiq protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 1 il müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə təxminən axşam saat 7 radələrində narkotik vasitədən istifadə etmişdir. xx.xx.2023-ü i tarixdə Abşeron rayonu, Xırdalan şəhərindən gələrkən, Abşeron və Binəqədi rayonunun kəsişməsində “Hökməli dairəsi” adlanan Binəqədi rayyonunun ərazisinə düşən hissədə polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmişdir. Daha sonra ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, Binəqədi rayonu, Höküməli qəsəbəsində özləri üçün fərdi yaşayış evi inşa edirlər, həmçin yaşayış evi yarımçıq tikilidir, axırıncı dəfə narkotik vasitəni qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanında saat 19:00 radələrində istifadə etdiyini, polis əməkdaşları tərəfindən Xırdalan şəhərindən Binəqədi rayonu Höküməli qəsəbəsində inşa etdirdikləri evə gedərəkən yolda saxlanıldığını, narkotik vasitə istifadə etdiyinə görə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hazırki inzibati xəta haqqında işə baxmaqda səlahiyyətli məkhəmə deyildir. Belə ki,həm məhkəmə icilasında verilmiş izahatlardan, həm də şəxsin barəsində araşdırma aparılarkən xx.xx.2023-cü il tarixli izahatından aydın şəkildə görünür ki, Şəxs narkotik vasitədən yaşadığı ünvan 4 ünvanında istifadə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolda “Şəxs yaşadığı Binəqədi r. Hökməli qəs-də evində narkotik vasitə qəbul etmişdir.” qeyd olunduğundan Binəqədi rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, protokolda törədilməsi göstərilən inzibati xəta hadisəsi Abşeron rayonunda baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-nin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxsnın barəsində AR İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolda törədildiyi göstərilən inzibati xəta hadisəsi Abşeron rayonununun ərazisində baş verdiyindən həmin işə baxmaq səlahiyyəti də Abşeron Rayon Məhkəməsinə aid üçün aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar