Məhkəmə qərarları › İş №3(001)-4285/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4285/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4285/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X13 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X14, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə. xx.xx.1967-ci il tarixdə Zaqatala rayonu, Sumaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Zaqatala rayonu, Sumaylı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 26 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 106/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, cavabdehlər X8, Şəxs və X5 müştərək qaydada maddi zərərin əvəzi olaraq 12 610 (on iki min altı yüz on) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. Borcluya icra sənədinin icrası barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədinin icrası təmin olunmamışdır. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev borclunun icra sənədini qərəzli olaraq icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, maddi imkanı həmin icra sənədini icra etməyə imkan vermir, protokolda yazılanlar həqiqəti əks etdirmir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X6 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti həmin qərarı icra etməyə imkan vermir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tələbkar X7 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin və icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, borclu tərəfindən icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf eməsini, əməlindən peşman olmasını, icra sənədinin icrasına gələcəkdə maneə olmayacağını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar