Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4285/2025 12.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.
3. X1 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə təkrar ərizə ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə etdikləri müraciət əsasında araşdırma aparılmış və elektron tərəzilərdə aparılmış müqayisələr zamanı, “MAN” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə cari ilin 31 mart tarixində M-5 Yevlax-Zaqatala Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km-də (Zaqatala istiqaməti) yerləşən elektron tərəzinin texniki xətası səbəbindən ötürülən məlumat nəticəsində real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı müəyyən edilmişdir. Məhz bu saəbəbdən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qərarın ləğv edilməsi ilə bağlı müraciət olunmuşdur. Həmin məktub əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Artıq şikayət verdikləri qərar ləğv edildiyindən tərəflərindən inzibati tənbehvermə barədə qərardan verilmiş şikayətin baxılmamış saxlanması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi:
4. Məhkəmə, təkrar müraciəti nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılmalıdır.
5. Belə ki, X2 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə təkrar müraciəti əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərarın həmin orqan tərəfindən ləğv edilməsi və şikayət vermiş şəxsin artıq şikayətinə baxılmadan geri qaytarılması xahiş edilmişdir. Belə olan halda, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmədə baxılması üçün predmet qalmır. Odur ki, qeyd olunan şikayətin geri qaytarılması qənaətinə gəlmişdir.
6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27014706 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti əsasında toplanmış material baxılmadan geri qaytarılsın.
Hakim: Aytəkin İbrahimova