Məhkəmə qərarları › İş №3(001)-4286/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4286/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4286/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-in rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6235/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən hüquqi şəxs Şəxs MMC-dən X1 xeyrinə 11601 (on bir min altı yüz bir) manat tutulmalıdır. Hüquqi şəxs Şəxs MMC-in rəhbəri X4 icra sənədini icra etmədiyinə görə onun barəsində Binəqədi rayon İcra Şöbəsinin icra məmuru A.Ağalarova tərəfindən 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon İcra Şöbəsinə və hüquqi şəxs Şəxs MMC-in rəhbəri X3 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun və hüquqi şəxs Şəxs MMC-in rəhbəri X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6235/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, hüquqi şəxs Şəxs MMC-dən X1 xeyrinə 11601 (on bir min altı yüz bir) manat tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6235/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2014-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6235/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borcluya məlumat verilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6235/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli icra vərəqəsi bugünə kimi icra edilməmişdir. Buna görə icra məmuru hüquqi şəxs Şəxs MMC-in rəhbəri X2 inzibati məsuliyyətə cəlb edilməsini istəmişdir. Bununla belə icra məmuru hüquqi şəxs Şəxs MMC-in rəhbəri X2 hərəkətlərini düzgün olmayaraq qanunun (İXM) 528.2-ci maddəsi ilə tövsif etmiş və onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, icra üçün təqdim edilmiş icra sənədi itirilsin, vaxtında göndərilməsin və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilsin. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6235/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli icra vərəqəsinin icra edilməməsində təqsirli hesab edilən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli idi ki, icra məmuru bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlinin qanunun digər maddəsinə tövsif edilməsi nəzərdə tutulmadığından, habelə qeyd edilən hal inzibati xəta haqqında protokolun geri qaytarılmasına əsas vermədiyindən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, icra orqanına icra vərəqəsinin icra edilməməsində təqsirli hesab edilən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinin mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-in rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-in rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. İcra orqanına icra vərəqəsinin icra edilməməsində təqsirli hesab edilən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinin mümkünlüyü izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar