Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4292/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru Zaur Orucovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azan oğlunun, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, xxxxxxx fərdi identifikasiya nömrəsinə malik olan Şəxs Azan oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azan oğlu barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru Zaur Orucov izahat verərək bildirmişdir ki, Şəxs Azan oğlu 04.12.2021-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2 ci mədən, korpus 93 – ünvanında X2 yerləşən internet klubdan X3 məxsus dəyəri 400 manat olan “playstation” oyun cihazını oğurlamışdır. Buna görə də, Şəxs Azan oğlu barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azan oğlu zərər çəkmiş şəxslə barışmamış və vurulmuş zərər ödənməmişdir. Odur ki, məhkəmədən Şəxs Azan oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azan oğlu izahat verərək bildirmişdir ki, 04.12.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2 ci mədən, korpus 93 ünvanında yerləşən internet kluba gəlmiş, internet klub X2 yerləşirdi. Saat 18:10-da müştəri kimi içəri daxil olmuş, baş qarışıq olduğu üçün masanın üstündən “playstation” oyun cihazını götürüb oradan uzaqlaşmışdır. Elə həmin gön Xırdalan şəhərində 350 manata satmışdır. Bu əməli ehtiyacı olduğu üçün törətmişdir. Zərər çəkmiş şəxslə barışmamış və vurulmuş zərəri ödəməmişdir. Məhkəmədən səmimi peşmançılığının nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil oğlu bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs Azan oğlu əməlindən peşmandır. Ona görə də, Şəxs Azan oğlunun barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X1 ərizəsi əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı vətəndaş X3 məxsus playstation” oyun cihazının oğurlanması nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymişdir. 08.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azan oğlu 04.12.2021-ci il tarixdə X2 yerləşən internet klubdan X3 məxsus dəyəri 400 manat olan “playstation” oyun cihazı oğurlamışdır. Buna görə də, Şəxs Azan oğlu barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. 07.12.2021-ci il tarixli AZA 002782 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs Azan oğlu 07 dekabr 2021-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azan oğlunun əməli düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəxs Azan oğlunun təqsiri öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Şəxs Azan oğlunun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azan oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınmaqla, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs Azan oğluna ictimai iş növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs Azan oğluna 240 (iki yüz qırx) saat müddətində ictimai iş növündə inzibati tənbeh təyin edilməli, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, eyni zamanda o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə işi materiallarını araşdırıb müəyyən etmişdir ki, Vəkil dövlət hesabına məhkumun müdafiəçisi qismində məhkəmə iclasında iştirak edərək məhkumun hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azan oğluna göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-115, 117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azan oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs Azan oğlu məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Şəxs Azan oğlunun həbsdən azad edilməsi hissəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs Azan oğlunun ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs Azan oğlunun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Şəxs Azan oğluna göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4292/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4292/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver