Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4309/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs Muslum İbarın nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İbar Muslumun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbar Muslum məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə X4 Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi (bundan sonra “DƏMX”) tərəfindən barəsində MN ******* saylı protokol (bundan sonra “Protokol”) tərtib edilmişdir. X3 Məcəlləsinin 192.6-cı maddəsi əsasında tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarla (bundan sonra “Qərar”) 1500 manat məbləğində cərimə cəzasının şərti qaydada tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərar rəsmi olaraq xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qərarla razı deyil və ləğv olunmalı olmasını hesab edir. Belə ki, Protokola əsasən rəhbəri olduğu "xxxx" MMC-nin işçisi olmuş Aytən Yarməmmədovanın əmək müqaviləsinə qanunun tələblərinin pozulması ilə xitam verilmişdir. DƏMX-in mövqeyinə görə işçi ilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi halda müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məsələ burasmdasdır ki, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə 3 aylıq müddətə bağlanmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixi müqavilənin ilkin bitmə tarixidir. Həmin dövrdən müqavilənin xitam tarixinə qədər tərəflər əmək müqaviləsinin müddətinin bitməsi barədə heç bir iradə ortaya qoymadığı üçün müqavilə Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə müvafiq olaraq avtomatik qaydada hər dəfə 3 ay olmaq şərtilə uzanmışdır. Nəhayət, əmək müqaviləsinin bitməsinin birinci ili tamam olduqda (müqavilə 3-cü dəfə avtomatik uzadıldıqdan sonra) xx.xx.2025-ci il tarixdə müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi bu əməliyyat zamanı heç bir pozuntuya yol verilməmişdir, başqa sözlə inzibati xəta hadisəsi ümumiyyətlə baş verməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs İbar Muslumun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar əsassızdır. Belə ki, İbar Muslum ilə X2 arasında xx.xx.2024-cü il tarixdə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müddəti müxtəlif vaxtlarda uzadılmış, xx.xx.2025-ci il tarixdə müqavilənin müddəti bitikdən sonra uzadılmamış və əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Aytən Yarməmmədovaya xəbərdarlıq göndərilmişdir. Aytən Yarməmmədova ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, "xxxx" MMC-nin direktoru İbar Muslum ilə X2 arasında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-cil tarixdə bitməsinə baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Bununla bağlı İbar Muslum barəsində xx.xx.2025-ci il tarixdə İXM-in 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İbar Muslumun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və barəsində 1500 manat cərimə tətbiq edilmişdir. Həmin qərar əsaslı olduğundan şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru İbar Muslum ilə X2 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC-nin direktoru İbar Muslum tərəfindən X1 müraciət olunaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə 1 həftə öncədən xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, X-041 nömrəli əmrdən görünür ki, X2 bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru İbar Muslum barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru İbar Muslum ilə X2 arasında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmiş, nəticədə İbar Muslum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 manat məbləğində cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, İbar Muslum barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 51-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 51-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin direktoru İbar Muslum ilə X2 arasında xx.xx.2024-cü il tarixdə 03 ay müddətinə əmək müqaviləsi bağlanılmış, həmin müqavilənin müddəti bitdiyi vaxtdan etibarən hər dəfə 03 ay olmaqla xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin direktoru İbar Muslum tərəfindən X1 müraciət olunaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə 1 həftə öncədən xəbərdarlıq edilmiş, xx.xx.2025-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin direktoru İbar Muslum ilə X2 arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru İbar Muslum ilə X2 arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması qənaətinə gəlinmiş və İbar Muslum barəsində İXM-in 192.6-cı maddəsi ilə qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə İbar Muslum barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi İbar Muslumun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, İbar Muslum barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İbar Muslumun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4309/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4309/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver