Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4322/2021 22.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X8 iclas katibliyi, X1 iştirakı ilə X4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 24.06.2015-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verilmiş şikaətə Binəqədi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 göstərmişdir ki, 24.06.2015-ci il tarixli qərar əsasında 200 manat əsas və 100 manat dəbbə pulu olmaqla, cəmi 300 manat cərimə borcu mövcuddur. X3 Rayon Məhkəməsinə müraciət edərək, inzibati tənbeh tətbiq edilməsi barədə qərarın icrası müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.Həmçinin, şikayətdə qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən müddətin keçməsi ilə bağlı AR İXM-nin 145.1.3-cü maddəsinin nəzərə alınmadığını və icraata xitam verilməsi ilə bağlı ərizənin müsbət həllini tapmadığını qeyd etmişdir. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında çıxış edən X6 şikayətində qeyd etdiyi məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin çıxışını və iş materiallarını nəzərə alaraq hesab edir ki şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin elektron sistemindən çıxarışdan görünür ki, X4 24.06.2015-ci il tarixli qərar əsasında 200 manat əsas 100 manat dəbbə pulu olmaqla, cəmi 300 manat məbləğində ödənilməmiş cərimə borcu mövcuddur. İş materialında olan 02.11.2021-ci il tarixli 016-125093M-3271 nömrəli məktubdan müəyyən edilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Rövşən Müseyibovun ərizəsi araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 19.11.2021-ci il tarixli 059- 125093/2M-324 nömrəli məktubundan görünür ki, törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halının müəyyən edilmədiyi bildirilmiş və vətəndaşa müraciətin mahiyyəti ilə bağlı olmayan cavab verilmişdir. Belə ki, Rövşən Müseyibov tərəfindən protokol və qərarların əsaslı olubolmaması deyil, inzibati tənbeh tətbiqi ilə bağlı qərarların icrası müddətinin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 146.1-ci maddəsinə görə bu Məcəllənin 146.1-1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-cü maddəsinin tələbinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir. Yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərarın qüvvəyə mindiyi gündən 5 il keçdiyindən qərarın icrasına xitam verilməli olmasına baxmayaraq mübahisəli qərarı məhkəmə tərəfindən qəbul edilmədiyindən şikayətin təmin edilməsi mümkün deyildir. Belə ki, X4 barəsində qəbul edilmiş qərarın icrası müddəti keçdiyindən onu qəbul etmiş müvafiq səlahiyyətli orqan tərəfindən onun icrasına xitam verilməlidir. Ona görə də hazırkı şikayət təmin edilə bilməz. Qeyd edilənlərlə yanaşı X5 izah edilməlidir ki, o, İXM-nin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın 5 illik müəyyən edilmiş icra müddəti keçdiyindən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qərarın icrasına xitam verilməsi üçün təkrar ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 138-148ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən 24.06.2015-ci il tarixində qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın icra etmə müddətinin keçməsi ilə bağlı iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. X5 izah edilsin ki, İXM-nin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti keçdiyindən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə qərarın icrasına xitam verilməsi üçün ərizə təqdim etməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4322/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4322/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver